2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ən bahalı şirkətlərin yeni reytinqi açıqlanıb

ABŞ-ın “Forbes” məşhur maliyyə-iqtisadi jurnalı “Dünyanın ən bahalı 100 şirkəti” araşdırmasının 2017-ci il nəticələrini açıqlayıb. “Habertürk” xəbər verir ki, bu il ən qiymətli 100 şirkətin məcmu dəyəri 1,95 trln. dollar təşkil edib.
Jurnalın araşdırmasına görə, bu il qiymətini nisbi olaraq ən çox artıran markalar “Amazon”, “Facebook” və “Starbucks”, ən çox itirən isə “IBM”, “HSBC” və “Caterpillar” olub.
Reytinqdəki ilk sırada yer alan şirkətin adı isə dəyişməyib. Bu, 170 mlrd. dollar dəyərində olan ABŞ-ın “Apple” şirkətidir. İkinci sırada “Google” (101,8 mlrd. dollar), üçüncü sırada isə “Microsoft” (87 mlrd. dollar) yer alıb. Dördüncü sıraya yüksələn “Facebook”un qiyməti 73,5 mlrd. dollar, 5-ci sırada isə “Coca-Cola” (56,4 mlrd. dollar) qərarlaşıb.
ABŞ-dan olmayan ən qiymətli şirkət isə 8-ci sırada yer alan Yaponiyanın “Toyota” şirkəti (41,1 mlrd. dollar) olub. Cənubi Koreyanın “Samsung” şirkəti (38,2 mlrd. dollar) isə 10-cu sırada yer alıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button