2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Ən çox hansı şirkətin smartfonları satıldı?

Tamara Mustafayeva, Banco.az

“Xiaomi” 2021-ci ilin iyun ayında nail olduğu satış həcmi ilə dünyanın ən çox satış həyata keçirən smartfon istehsalçısı olub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Çinli smartfon istehsalçısı “Xiaomi” şirkəti qlobal bazardakı yüksəlişini davam etdirir. “Counterpoint Research” araşdırma şirkətinin məlumatına görə, şirkət bu ilin iyun ayında qlobal satışlar üzrə “Samsung” və “Apple” firmalarını geridə qoymaqla mühüm uğura imza atıb.

Saytların yığılması Saytlarin yigilmasi

Dünyanın ən bahalı şirkətlərindən biri olan “Apple” Çinli rəqibindən geriyə düşüb. Belə ki, “Xiaomi” ilin ikinci rübündə “Apple”ı üstələyərək 2-ci pillədə qərarlaşıb.

“CNBC” kanalında yer verilən xəbərə görə, bazarda liderliyi əlində saxlayan “Samsung”dan sonra ikinci olan “Xiaomi” iyun ayında ümumi satış həcmini 26% artırıb.

Məlumatlara görə, iyun ayında “Xiaomi”nin bazar payı 17,1%, “Samsung”un 15,7%, “Apple” şirkətinin isə 14,3% olub. 

Qeyd edək ki, Çinli şirkətin liderliyə yüksəlməsində Vyetnamda koronavirusa yoluxma sayının artması səbəbindən “Samsung” şirkətinin istehsal həcminin azalması mühüm rol oynayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button