2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Ən çox qazanan CEO-lar bəlli oldu

Tamara Mustafayeva, Banco.az

ABŞ-da ən çox qazanan şirkət rəhbərləri məlum olub. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, 2020-ci il üzrə Bloomberg maaş indeksinə görə ötən ilin ən çox qazanan CEO-ları məlum olub. Ən yaxın rəqibini on bir dəfə üstələyən İlon Mask siyahının birinci pilləsində qərarlaşıb. Elektromobil istehsalçısı “Tesla” şirkətinin CEO-su olan tanınmış iş adamı ötən il 6.7 milyard dollar qazanıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Onu 568 milyon dollarlıq göstərici ilə “Oak Street Health” şirkətinin CEO-su Mike Pykosz izləyir.

Sözügedən siyahının TOP10-luğu 7 müxtəlif şirkətin CEO-larından ibarətdir və bu səviyyədə heç bir qadın direktor yer ala bilməyib.

“Apple” şirkətinin CEO-su Tim Kuk isə 265 milyon dollarlıq qazanc ilə altı pillə geriləyərək siyahının 8-ci yerində qərarlaşıb. 

Qeyd edək ki, İlon Mask milyard dollarlıq qazancının hamısını nağd vəsait formasında əldə etməyib. Onun sözügedən qazancı həmçinin müəyyən edilmiş qiymətə “Tesla” səhmlərini almağına şərait yaradan fond mükafatından da ibarətdir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button