2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Ən pisi İlham Əliyevin dövlət başçısı olmasıdır

Natiq Güləhmədoğlu

“…Əvvəllər deputatlar öz qohumlarını vəzifələrə yerləşdirmək, hansısa torpaq sahələri əldə etmək, hansısa biznesə dəstək göstərmək və s. işləri görürdülər. Buna da son qoyulmalıdır “.
(İlham Əliyev)

Saytların yığılması Saytlarin yigilmasi

İlham Əliyevin parlamentdəki çıxışı təhlilə layiqdir. Düzdür, bu təhlil biz azərbaycanlılara ürəkaçan heç nə vəd etmir. Lakin, bu iş ona görə əhəmiyyətlidir ki, biz ölkəmizi necə boz, mənasız, xalqa yad bir mürtəce təfəkkürün işğal etdiyini bir daha aydın formada görək, dərk edək onu dəyişmək, rədd etmək üçün nələrsə edək.

İlk olaraq, çıxışın bir yerinə diqqətinizi çəkim.
O belə təssürat yaratmağa çalışır ki, Azərbaycan 50 illik sülalə rejimi sayəsində parlaq surətdə inkişaf edib. Bunu gözü götürməyən xarici qüvvələr var, özü də işə bax ki, məsələn təkcə keçi pendirindən əldə etdiyi gəlirlər, az qala İlham Əliyevin SOCAR-ın gəlirlərindən çox olan Qərb dövlətləri belə həsəd və paxıllıq içində imiş. Paxıllıq, gözügötürməzlik bu dövlətləri vadar edib ki, Azərbaycanda “beşinci kolon” yaradıb, onlar vasitəsi ilə çiçəklənən ölkəmizə badalaq vursunlar. Ay sizi xatakarlar, gör nələri düşünüblər.

Əliyev deyib ki bu iş üçün o “kolon”dakılara pul da verirlər. O xəbərdarlıq edib ki, baxın haaa bu dövlətə və xalqa xəyanət yoludur, kim bunu etsə, “dərxal xəbs” olunacaq. Bunun ardınca maraqlı bir söz deyir ki, “kolon” vasitəsi ilə heç kim, dövlət, təşkilat ona təzyiq, təsir göstərə bilməz: “Dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən prezidentəm, belə qüvvə olmayacaqdır. Ona görə bu, tamamilə mənasızdır. Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri, yaxud da ki, sanksiyalarla hədələmək – bütün bunların heç bir əhəmiyyəti yoxdur”.

Gəlin, Əliyevin dediklərini mücərrədlikdən çıxarıb onun nə qədər əsaslı olmasını müəyyənləşdirək.
Azərbaycanı bir quruluş, dövlət kimi istəməyən qüvvə varmı? Təbii, bu mübahisəsizdir həm də barizdir. Amma bu mifiq “Qərb dövlətləri” deyil, konkret, adı, koordinatları bəlli olan biridir-Ermənistan dövləti! Sual verirəm, Əliyev niyə Don Kixot kimi mövcud olmayan, xəyalında uydurduğu şeylərlər, ilğımlarla döyüşməyi sevir, ancaq ərazimizi uzun müddətdir işğalda saxlayan, vətəndaşlarımızı öldürən, təhiqr edən, əsir saxlayan Ermənistanla yox? Hünəri, səriştəsi çatmır və bu deffektini xalqın gözündə bağlamaq üçün daha böyük məsələlər uydurub guya onlarla savaşırmış kimi özünü göstərir. Siz tənbəllik etməyin, elə son çıxışda, ya da Əliyevin ixtiyarı çıxışında ölkə müxalifəti, işğalçı Ermənistan barədə seçdiyi ifadələri tapın və müqayisə edin. Buna vaxtı olmayanlar üçün mən qısa icmal verim. O işğalçı Ermənistan barədə ən sərt söz kimi bunları işlədir “tarixi saxtalaşdıranlar”, “saxtakarlar”. Allah, Allah! Bəs öz vətəndaşı, sabah bu dövləti idarə edəcək müxalifət barədə? Müsadə edin, onun müxalifəti aşağlamaq üçün işlətdiyi və ciddi dövlət rəhbərinə yaraşmayan o sözlər burda təkrarlamayın. Onları hamı bilir. Bu kiçik fakt bizə çox həqiqətlərin qapısını açır.

Daha ciddi məqamlara toxunaq. Xaricdən maliyyə alıb dövlətə qarşı çalışan hansısa müxalifətçi varsa, bu olduqca ağır cinayətdir və Əliyevin dediyi kimi “vətənə xəyanət” sayılır. Siz bu gün əliyevin qəvi-düşmən kəsildiyi müxalifət partiyalarında belə bir insan tanıyırsınızmı? Mən tanımıram. Belə hal varsa və onu bu vaxta qədər üzə çıxara bilmirlərsə, ən böyük xəyənətkar Əliyevin qurduğu sistemin özüdür. Çünki, məhz hüquq-mühafizə orqanlarının işidir ki, belə halları müəyyən edib, tədbir görsün.

Yaxın keçmişdə “vətənə xəyanət” maddəsi ilə həbs olunan 3 nəfəri isə biz tanıyırıq. Leyla və Arif Yunuslar, jurnalist Rauf Mirqədirov. Əlbəttə ki, əliyevçilərdən fərqli olaraq, hər üç şəxsin günahsız olduğunu, onlara verilən ittihamın siyasi sifariş olduğunu ilk gündən demişəm, yazmışam, bu gün də o fikirimin üzərində qalıram. Lakin, Əliyevi öz “arqumentləri” ilə tərki-silah etmək üçün belə bir ritorik sual qoyaq: “Yoldaş Əliyev, bir halda ki deyirsən xaricdən idarə olunan və dövlətə xəyanət edən şəxslər var, ok, inandıq. Sonra da deyirsən ki, heç kim, heç cürə mənə təzyiq, təsir göstərə bilməz. O zaman deməsiniz ki, “vətənə xəyanət” ittihamı ilə həbs etdiyin adamları heç iki il türmədə saxlaya bilmədin?
Olmaya dünya birliyinin haqlı təzyiqləri yox, sırf öz daxili vicdanı tələb və təzyiqinlə bunu etdiniz? Ola bilər, axı Əliməmməd Nuriyev də tez-tez deyir ki, sizdə humanizim damarı güclüdür. Fəqət, burası qaranlıq qalır ki, nə üçün siz “vətən xainləri”nə, beynəlxalq təşkilatlardan qrant alanlara (onları mən yox, siz xor görürsünüz) hunamist yanaşıb onları qısa müddətə azadlığa buraxsanız da, bir qəpik qrant almayan, xariclə heç bir ciddi bağlılığı olmayan, hətta ömründə bir dəfə də olsun Azərbaycandan kənara çıxmayan cəbhəçiləri əsasən son gününə qədər zindanda saxlayırsınız?
Niyə, hansı səbəbdən?

Nəhayət, “vətənə xəyanət”lə bağlı ölkəmizdə hamının bildiyi amma dilə gətirməyi çoxlarının bilmədiyi bir “Tər-tər hadisələri” var. Sizin adamlar nə qədər günahsız, cinayət etməmiş hərbiçilərimizi, dinc vətəndaşları bu maddə ilə şərlədilər, öldürdülər, ləyaqətlərinə toxundular. Sonra üzə çıxdı ki, “səhv edilər”…

Halbuki, bu səhv deyildi. Azərbaycanda ən böyük səhv İlham Əliyevin ölkənin başında dayanmasıdır. Bu yalan və talan simvolu taxtan enməyincə, yaxud o “cümlə xəyanətlərə bais” göstərilməyincə ölkə daxili siyasətdə bütün təhlil və izahlar puçdur. Vəssalam.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button