2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ən varlı qadın yazarlar

“Forbes” jurnalı 2016-cı ildə əsərlərindən ən çox gəlir əldə edən qadın yazıçıların siyahısını açıqlayıb. 2016-cı ildə ən çox gəlir əldə edən müəlliflərin ümumi siyahısında 17 yerdən 6-nı qadın yazarlar tutub.
Varlı qadın yazarların reytinq cədvəlinin ilk pilləsində Harri Potter haqda əsərlərin müəllifi Coan Roulinq dayanır. Sehrli aləmdən bəhs edən kitabları Coan Roulinqə ötən il 19 milyon dollar gəlir gətirib.
Coan Roulinq kişili-qadınlı ən varlı müəlliflərin ümumi reytinq cədvəlində üçüncü yerdə qərarlaşıb.
Ən varlı qadın yazıçılar siyahısının ikinci və üçüncü pillələrində Nora Roberts və Daniela Stil gəlir. Onların hər biri ötən il məşhur romanlarından 15 milyon dollar qazanıblar.
“Bozun 50 çaları” kitabının müəllifi Erika Leonard Ceyms 14 milyon gəlirlə varlı qadın yazıçılar siyahısının dördüncü pilləsində yer alıb.
Ən varlı qadın yazıçılar siyahısının beşinci pilləsində çoxmilyonlu tirajla yayılan “Qatarda qız” kitabının müəllifi Pola Hokins dayanır. O, 2016-cı ildə 10 milyon dollar qazanıb (novator.az).

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button