2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Ən yaxşı sənədli film”in qalibinə 40 min avroluq mükafat verilib

Yayımlandı: 27 Fevral 2023 17:49

Berlin Film Festivalının nəticələri açıqlandı

“Berlinale” kimi tanınan 73-cü Beynəlxalq Berlin Film Festivalının qalibləri məlum olub.

Saytların yığılması Saytlarin yigilmasi

Festivalda fransız rejissoru Nikolas Filibertin “Sur l’Adamant” filmi “Ən yaxşı film” nominasiyasında “Qızıl Ayı” mükafatına layiq görülüb.

Almaniyanın paytaxtı Berlində keçirilən festivalın mükafatları Berlinale “Palast Cinema”da keçirilən mərasimdə öz sahiblərinə təqdim olunub.

“Ən yaxşı baş rol” üçün “Gümüş ayı” mükafatı “20.000 Species of Bees” filmində 8 yaşlı qız obrazını canlandıran ispaniyalı Sofiya Oteroya verilib.

Meksikada bir dağ kəndinin həyatından bəhs edən Tatyana Huezonun rejissorluğu ilə çəkilmiş “The Echo” filmi “Ən yaxşı sənədli film”ə görə 40 min avroluq mükafata layiq görülüb.

73-cü Berlin Film Festivalı fevralın 16-26-dək keçirilib.

“Qızıl ayı” mükafatı üçün 19 film yarışıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button