2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Ərəb ölkələri arasında Həcclə bağlı problem davam edir

Səudiyyə Hava Xətlərinin baş direktoru Saleh əl-Casir bildirib ki, hazırda Səudiyyə Hava Xətləri Həcc ziyarətinə gedən qətərli zəvvarların Dohadakı Həmda beynəlxalq aeroportundan daşınması üçün reyslərin cədvəlini tərtib etməkdə çətinlik çəkir. Bu onunla bağlıdır ki, Qətərin hakimiyyət orqanlarına bu barədə xahişlə müraciət edilməsindən bir neçə gün keçməsinə baxmayaraq bu təyyarələrin Qətərdə yerə enməsinə icazə verilməyib.
SPA dövlət agentliyi xəbər verir ki, Səudiyyə Hava Xətləri qətərli zəvvarların daşınması üçün nəzərdə tutulan reyslərə icazə verilməsi barədə müraciət edib. Həmin reyslərin cədvəli Şeyx Abdulla ibn Əli əl-Taninin vasitəçiliyi ilə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun əmri dərc olunandan dərhal sonra tərtib edilib.
Səudiyyə Ərəbistanında çıxan “Okaz” qəzeti “Saudi Airways” aviaşirkətin nümayəndələrinə istinadla xəbər verib ki, aviaşirkət hər biri 300-dən çox sərnişin tutan yeddi ən müasir layner ayırıb və qətərli zəvvarların Həcc ziyarətinə aparılması üçün Dohadan rəsmi icazə gözləyir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button