2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Ərçivan sakini: ‘Oğlumla fikir ayrılığımız yoxdur. Amma…’ 

Ərçivan qəsəbəsi Astara rayonun ən çox əhalisi olan yaşayış məntəqələrindən biridir. Qəsəbədə nə sənaye, nə də kənd təsərrüfatı məhsulları emal edən istehsal müəssisəsi var. Sakinlər demələrinə görə, heyvandarlıq və əkinçiliklə dolanırlar. Onların vurğulamasına görə, əkinə yararlı torpaq sahələri də azdır. Ərçivana gəlişimizin məqsədi isə gənclər günündə (12 avqust Beynəlxalq Gənclər günüdür ) qəsəbə gənclərinin fəaliyyəti ilə tanış olmaq idi…

Qəsəbə sakini Mətləb Eynullayev-in evindəyik. Ailənin yeganə övladıdır, bu ilin oktyabrında 20 yaşı tamam olacaq. Həm atası, həm də özü müharibə iştirakçısı olub. Elə söhbəti də müharibədən başladı:

“Mən sülhün tərəfdarıyam ”

Saytların yığılması Saytlarin yigilmasi

“ Müharibə başlayanda həqiqi hərbi xidmətdə idim, 3 ay əlavə xidmət etmişəm. Torpaqlarımız işğal altında idi, azad etdik. Qonşu ölkə bizi müharibəyə təhrik etdi. Ötən il baş verən 44 günlük Vətən müharibəsindən ( İkinci Qarabağ müharibəsi ) 3 medalla qayıtmışam. Mən sülhün tərəfdarıyam. Qəsəbə gəncləri də belə düşünür.”

O, iş yerlərin olmamasını gənclərin bir nömrəli problemi hesab edir:

“Qəsəbə gəncləri vaxtında ailə qura bilmirlər”

“İş olmadığna görə, gənclər iş yerlərini kənarda, xarici ölkələrdə, Bakı şəhərində axtarmalı olurlar. Digər gənclərdən fərqli olaraq işlə təmin olunmaq şansım var. Mənə deyiblər ki, 20 yaşın tamam olan kimi işə götürüləcəgsən.”

O deyir ki, qəsəbə gəncləri vaxtında ailə qura bilmirlər:

“Gənclər maddi cəhətdən valideynlərdən tam aslı vəziyyətdədirlər. İş yox, yaşayış evi yox, pul da yox. Kəndlərdə, qəsəbələrdə yaşayan gənclərin təhsilini davam etdirməyə elə də böyük şansları yoxdur. Kəndin gəncləri üçün heç olmasa peşə məktəbləri əlçatan olmalıdır.”

“Gənc qızlar orta məktəbi başa vurandan sonra evdə qalırlar”

O, deyir ki, gənclər arasında kitab oxumağı sevənlər də var:

“Bilirsiz, iş, əyləncə mərkəzləri, idman yerləri olsa yaxşı olradı. Müharibədə gördüm ki, gənclərimizdə vətən sevgisi güclüdür. Bizi bir istək birləşdirirdi. Dinc həyatda isə başqadır. Burda da yaşamaq uğrunda mübarizə gedir. Ailə qurmaq barədə fikirləşmirəm. Gənc qızlar orta məktəbi başa vurandan sonra evdə qalırlar. Gənc qızların işi daha çətindir. Kənddə gənc oğlanla gənc qızın yanaşı gəzdiyini görmərsən. Bu yalnız ailə qurandan sonra mümkündür.”

Onun fikrincə, kəndlərdə yaşayan gənclərin özünəməxsus dünyagörüşləri var:

“Gəncləri eşidən yoxdur…”

“Gənclərimizin əksəriyyəti iş, çörək dərdi çəkir. Avropa gəncliyi daha sərbəsdir, imkanları çoxdur. Mətbuatı izləyirəm, görürəm. Gənclərmizdə dinə meyillik güclüdür. İbadət edən gənclərimiz çoxdur. Pis budur ki, idarələrdə, təşkilatlarda gəncləri eşidən yoxdur…”

Vüqar Eynullayev

Mətləbin atası Vüqar Eynullayev söhbətə qoşulur:

“Mətləb tək oğlumdur. Gənclərin iş yeri yoxdur.Gənclər arasında narkomaniya sürətlə yayılır. İran bir addımlıqda yerləşir.Narkotiklər də ordan gəlir. Kənddə gəncliyin gələcəyi yoxdur. Gənc deyəndə işsiz başa düşürük. Aralarında yaşı keçmiş subay çoxdur. Özünü saxlaya bilmir, ailəsini necə saxlayacaq? ”

“Kənd yeri arzuların puç olduğu yerdir…”

O, həyətdə yetişdirdiyi meyvə ağaclarını göstərib deyir ki, əslində məşğul olmağa yerləri var:

“Təsərrüfatım yaxşıdır. Özüm də sürücüyəm. Oğlum mənə kömək edir. Oğlumla fikir ayrılığımız yoxdur. Amma bilirəm ki, gənclər üçün çətindir. Kənd yeri arzuların puç olduğu yerdir. Ona görə imkan olan kənddən qacırlar.”

Ərçivan qəsəbə icra nümayəndəsi Cəbrayıl Salmanov isə əksinə, gənclərlə bağlı problemlərin olmadığını deyir:

“Evlənirlər, əhalidə artım var”

“Qəsəbənın 9670 nəfər əhalsi var. Gənclərin sayı 2 mindən yuxarıdır. Bu yaxınlarda 1 saylı orta məktəbdə futbol yarışı keçirildi. Boks mərkəzində yarışlar olur. Mədəniyyət evimiz var. Orada da tədbirlər olur. Şahmat yarışları olur. Elə bunlar asuda vaxtlar üçün nəzərdə tutulur. Pandemiya dövrüdür. Bütün bunlar karantin qaydalarına uyğun keçirlir. Qəsəbənin əkin sahələri var, tərəvəz yetişdirilir. Çəltik əkirlər, mal saxlayırlar. Bunlar elə iş yerləridir. Evlənirlər, əhalidə artım var.”

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button