2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ərdəbildə məktəbli döyülən gün ölüb. Əli Kərimi hədələndiyini deyir

İranda yeniyetmə Əsra Pənahinin ölümüylə bağlı yeni detallar hökumət rəsmilərinin məktəbli qızın guya ürək xəstəliyindən ölməsi haqda bəyanatına ziddir. Pənahinin rejimin şəninə mahnı oxumaqdan imtina etdiyinə görə təhlükəsizlik agentləri tərəfindən döyüldüyü, aldığı xəsarətlərdən öldüyü bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Ərdəbil şəhərində Şahed məktəbinin şagirdləri hökumətə dəstək aksiyasına aparılıb, orada Ali dini lider Ayətullah Əli Xameneyini tərifləyən himn oxumağa məcbur edilir. Şagirdlər imtina edəndə isə təhlükəsizlik qüvvələri onların çoxunu döyüblər. On şagirdin naməlum yerə aparıldığı, yeddisinin xəsarət aldığı deyilir.

İran rəsmiləri oktyabrın 14-də xəstəxanada vəfat edən Pənahinin döyülməsini inkar edirlər. Elit üzgüçülük və qaçışla məşğul olan Pənahinin əvvəl ürək xəstəliyindən öldüyünü, daha sonra bunun intihar olduğunu deyirlər.

Müəllimlər Birliklərinin Koordinasiya Şurası (MBKŞ) isə bildirir ki, Pənahinin hökumət qüvvələrinin məktəbə basqın etdiyi gün vəfat etdiyini təsdiqlədib.

Bundan başqa şahidlər və qohumlar Radio Fərda-ya Pənahinin döyüləndən sonra xəstəxanaya aparıldığını, orada öldüyünü, Ərdəbildə qəbiristanlıqda basdırıldığını deyiblər.

Pənahinin əmisi Əli Pənahi dəfələrlə müsahibə verərək ölümün rəsmi versiyasını təsdiqləyib, ancaq bir neçə qohum bu açıqlamaların təzyiq altında verildiyini deyib.

İranda etirazlar 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlanıb. Gənc qadının guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanarkən döyüldüyü, aldığı xəsarətlərdən vəfat etdiyi bildirilir.

Osloda yerləşən İran İnsan Haqları təşkilatı etirazlarda azı 215 nəfərin, o cümlədən 27 uşağın öldürüldüyünü hesablayıb.

Ərdəbildən olan keçmiş futbol ulduzu Əli Kərimi isə hökumətə qarşı çıxanları dəstəklədiyinə görə təhlükəsizlik rəsmilərinin onu hədələdiyini deyir.

Bayern Münhen FK-nın keçmiş oyunçusu, Dubayda yaşayan Kərimi oktyabrın 24-də tvitində yazıb ki, məhz sosial media postlarına görə təhlükəsizlik agentlərinin dolayısı təhdidləri ilə üzləşib. Kəriminin Instagram-da 12 milyonadək izləyicisi var.

İdman jurnalisti Mehdi Rüstəmpur bu yaxınlarda iddia edib ki, təhlükəsizlik orqanları Əli Kərimini BƏƏ-dəki Fujairah limanında oğurlatmağa cəhd edib. Ancaq bu iddianı müstəqil təsdiqlətmək mümkün olmayıb.

İran indiyədək mühacirətdə yaşayan çoxsaylı müxalifətçiləri öldürtdürüb, yaxud oğurlatdırıb. Onların içində iranlı Almaniya vətəndaşı Cəmşid Şarmahd, jurnalist Ruhulla Zam da var.

Kərimi təhlükəsizlik qüvvələrinin amansızlıqla divan tutduğu etirazçıları dəstəkləyib.

İranda təhlükəsizlik qüvvələrinin qızlar məktəbinə basqın etdiyini, Qum universitetində tələbələrin şüarlar səsləndirdiyini göstərən videolar yayılır. “Professorlarımızı öldürdülər, yerinə mollaları qoydular”, – tələbələr hökumətin sözçüsünün universitetə gəlməsinə belə etiraz edib.

24 saat” “
Ərdəbildə məktəbli döyülən gün ölüb. Əli Kərimi hədələndiyini deyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button