2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ərdoğan Avropaya xəbərdarlıq etdi: “Türkiyə qapı qulu deyil”

“Avropa İttifaqının Türkiyənin üzvlüyü ilə bağlı yeni müzakirə başlıqlarını açmaqdan başqa çarəsi yoxdur”.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu sözləri qurucusu olduğu hakim Ədalət və İnkişaf Partiyasına yenidən üzv olması ilə bağlı keçirilən mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R. T. Ərdoğan deyib ki, əgər Avropa İttifaqı bu addımı atmazsa, o halda qurumla vidalaşacaqlar: “Türkiyə qapı qulu deyil. İndiyə qədər hansı öhdəliklər götürmüşüksə, həmin öhdəlikləri yerinə yetirmişik. Dünən xəbər tutdum, bu yaxınlarda keçiriləcək NATO sammitində bizimlə görüşmək istəyirlər. Amma 5 tələb sayıblar, biri fövqəladə vəziyyət rejiminin ləğv edilməsidir. Siz öncə Fransada fövqəladə vəziyyəti rejimini ləğv edin. Fransada 10-15 terrorçu öldürüldü, buna görə fövqəladə vəziyyət rejimi elan etdilər. Türkiyədə dövlət çevrilişi cəhdi olub, 249 şəhidimiz, 2193 qazimiz var. Türkiyə fövqəladə vəziyyət rejimi elan edə bilməyəcək?! Belə bir şey ola bilərmi?”

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button