2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Ərdoğan deyir ki, F-35 məsələsini Baydenlə Qlazqoda müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, F-35 qırıcı təyyarə proqramı ilə bağlı iki ölkə arasında yaranmış gərginliyi ABŞ prezidenti Co Baydenlə Qlazqoda keçiriləcək BMT sammitində müzakirə edəcək.

Bu barədə məlumatı oktyabrın 27-də Reuters agentliyi yayıb.

F-35 təkmil qırıcı təyyarələrinin həm istehsalçılarından, həm də alıcılarından biri olan Türkiyə bu proqramdan Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığına görə xaric edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Ankara F-35 proqramından çıxarılmasını ədalətsizlik adlandırır və indiyədək ABŞ-a ödənmiş 1.4 milyard dolların qaytarılmasını tələb edir.

Ərdoğan bildirib ki, ABŞ sözü gedən məbləğin müqabilində Türkiyəyə F-16 qırıcıları və onların təkmilləşdirilməsi üçün avadanlıq verəcəyini vəd edib.

Vaşinqton Türkiyəyə belə bir təklif etmədiyini bildirib.

Əvvəl Roma deyirdi

“Anadolu” agentliyi Ərdoğana istinadən F-16 qırıcıları barədə “müəyyən ödəniş planı” olduğunu xəbər verir:

“Bunun doğru və ya yanlış olduğunu özlərindən öyrənəcəyik. Bunu ən yüksək səviyyədə cənab Baydenlə müzakirə etməyim çox yaxşı olardı. Əgər belə bir razılaşma varsa, biz onu qəbul edəcəyik”.

BMT-nin COP26 iqlim sammiti oktyabrın 31-dən noyabrın 12-dək Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək.

Ərdoğan bundan əvvəl Baydenlə Böyük iyirmilərin bu ayın sonunda Romada keçiriləcək sammitində danışacağını demişdi.

Ötən bazar ertəsi Türkiyə və onun Qərb müttəfiqləri çox gərgin diplomatik qarşıdurmadan geri çəkiliblər.

Bundan əvvəl Ankara 10 Qərb ölkəsi səfirlərinin ölkədən çıxarılacağını bildirmişdi.

Lakin bunun ardınca sözü gedən səfirliklər Türkiyənin daxili işlərinə qarışmayacaqlarını bildiriblər.

Ərdoğan: “Mənim kitabımda geriyə çəkilmək yoxdur…”

İndi Qərb şərhçiləri bu qarşıdurmadan Türkiyənin, Türkiyə mediası isə Qərbin geri çəkildiyini bildirirlər.

Bu barədə ABŞ mediasında yazılanları şərh edərkən Ərdoğan deyib:

“Necə yəni mən geri çəkilmişəm? Xeyr, mən hücumdayam. Mənim kitabımda geri çəkilmək yoxdur”.

ABŞ səfiri başda olmaqla 10 Qərb ölkəsinin missiya başçıları Türkiyədə xeyriyyəçi Osman Kavalanın azadlığa buraxılmasını tələb edən bəyanat vermişdilər.

Kavala 2016-cı ilin çevriliş cəhdində iştirakına görə mühakimə olunur. O özünə qarşı bütün ittihamları rədd edir.

Avropa Şurası bildirib ki, Ankara Kavalanı Avropa İnsan Haqları Məhkəməsinin hökmünə uyğun olaraq azad etməsə, Türkiyəyə qarşı xüsusi prosedura başlanacaq.

Bu bəyanatla bağlı suala cavab verən Ərdoğan deyib: “Biz onları dinləyəcəyik ki, görək nə deyirlər. Biz AİHM və Avropa Şurasını dinləyəcəyik. Dinlədikdən sonra nə zəruridirsə, onu da edəcəyik”.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button