2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ərdoğan fransız politoloqu məhkəməyə verir

İki gün əvvəl fransız politoloq Filip Moreau Defargesin “BFM Business” kanalında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında dediyi sözlər başına bəla oldu. Artıq Prezident Ərdoğanın vəkili Hüseyn Aydın müvəkkili Ərdoğan adına Ankara Respublika Baş prokurorluğuna dörd səhifəlik şikayət ərizəsi verib. Ərizədə prezident Ərdoğan haqqında dediyi sözlərə görə Defargesə cinayət işi açılması tələb olunur.

Məlum olduğu kimi, “Dünyada 7 gün” adlı proqrama qonaq olan Fransa Beynəlxalq Əlaqələr İnstitutunun (IFRI) siyasi eksperti Filip Moreau Defarges Türkiyənin Avropa Birliyi (AB) üzvlüyünün mümkün olmayacağını, üzvlüklə bağlı razılaşma imzalansa belə, 27 üzv ölkədən hər birinin bunu təsdiqləməsi lazım olduğunu bildirmişdi. Defarges Türkiyədəki referendum nəticələrinə etiraz edilməsi üçün hüquqi yolların bağlandığını bildirərək, etirazların nəticəsiz qalacağını demişdi. Türkiyədə bir dalan yarandığını vurğulayan Defarges “o zaman geriyə ya vətəndaş müharibəsi, ya da bunu söyləmək çətin, amma onun (Ərdoğanın) öldürülməsi qalır” söyləmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button