2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ərdoğan: İŞİD, YPG, əl-Qaida hamısı bizim üçün eynidir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə xəbərdarlıq edib ki, onun ölkəsi Suriya və İraqda YPG və PKK kimi kürd birləşmələrinin mövcudluğuna son qoymaq üçün hərbi qüvvəyə əl atacaq.

“Biz terrorçu qruplar arasında fərq qoymuruq. İŞİD, YPG, əl-Qaida hamısı bizim üçün eynidir,” deyə Ərdoğan çərşənbə günü keçirdiyi mətbuat konfransında bəyan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Ərdoğan bu bəyanatı Qara Dəniz sahilindəki kurort şəhəri Soçidə Rusiya prezidenti Vladimir Putinlə çiyin-çiyinə dayanarkən verib.

Ərdoğan aydın edib ki, Türkiyə silahlı qüvvələri ölkənin cənub sərhədlərində əməliyyatları davam etdirəcək.

“Bizim terror hücumlarından narahat olmağımızdansa, onların qorxu içərisində yaşamağı yaxşıdır,” Ərdoğan bəyan edib.

Türk təyyarələri ötən ay Suriyadakı kürd birləşmələri YPG və PKK-ya zərbələr endiriblər.

Ankara YPG-ni PKK ilə əlaqəli hesab edir. ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu qurum kimi tanınan PKK uzun illərdir ki, Türkiyə hökumətinə qarşı savaşır.

Vaşinqton YPG-ni Suriyada İŞİD-ə qarşı mübarizədə ən effektiv qüvvə kimi görür. (amerikaninsesi.org)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button