2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ərdoğan İstanbul teraktını törədənlərin hansı ölkədən olduqlarını açıqladı

“Qaçqınlar arasında yüksək ixtisaslı insanlar, mütəxəssislər var və ölkəmizdə onlara qiymət vermək imkanımız var. Ortaq dəyərlərimiz olan insanlardan həm biz istifadə edərik, həm də onlar qeyri-insani vəziyyətdən qurtularlar”.

“Report” bildirir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bayram namazından sonra jurnalistlərə Suriya və İraqdan olan qaçqınlara Türkiyə vətəndaşlğı verilməsi iə bağlı sualı cavablandırarkən deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Rəcəb Tayyib Ərdoğan deyib ki, ixtisaslı suriyalı qaçqınların əməyindən və qabiliyyətindən Türkiyənin sənaye bölgələrində istifadə edəcəklər.

Onun sözlərinə görə, İstanbuldakı Atatürk hava limanında törədilən terror aktı ilə bağlı 30 nəfər şübhəli tutulub: “Onların arasında Dağıstan, Qırğızıstan, Tacikistandan olanlar da var. Təəssüflər olsun ki, şimali Qafqaz respublikalarından olanlar da onların arasındadır. Hadisə, təbii ki, tamamilə İŞİD üsulu ilə törədilib”.

Türkiyə prezidenti Rusiya və İsraillə münasibətlərin qurulması məsələsi Misirlə əlaqələrin bərpasından fərqləndiyini bildirib: “Bizim Misir xalqı ilə problemimiz yoxdur. Əsas problem bu ölkənin hakimiyyətindədir. Məhəmməd Mursi (Misirin devrilmiş prezidenti – “Report”) və onun tərəfdarlarına qarşı irəli sürülən ittihamlar əsassızdır. Biz həmin ittihama əsasən çıxarılan hökmləri qəbul etmirik. Belə bir zülmə “bəli” deməyimiz mümkün deyil”.

R.T.Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü haqda da danışıb: “Xarici işlər nazirimiz Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Soçidə keçirdiyi görüşün nəticələrinə görə iyulun sonu və ya avqustun əvvəlində, yəni “G-20″nin Zirvə toplantısından əvvəl görüşəcəyimiz istisna deyil. Bu haqda qərar hələ qəti olaraq qəbul edilməyib”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə və Rusiya prezidentlərinin Çində sentyabrın 4-də “Böyük-20”-nin (“G-20”) sammitində, bundan sonra isə avqustun 4-də Soçidə görüşəcəyi haqda məlumat yayılmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button