2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ərdoğan izolyasiyadan çıxır

Bir vaxtlar Türkiyə qarşısına məqsəd qoymuşdu ki, qonşuları ilə münasibətlərdə problemləri heçə endirsin, yaxud ən azı onları minimallaşdırsın və 2008-ci ildə öz xarici siyasətinin “qonşularla sıfır problem” yeni prinsipini bəyan etdi. Lakin hər şey elə də sadə olmadı.

Saytların yığılması Saytlarin yigilmasi

Hökumətə o zaman elə gəlirdi ki, regionda aparıcı mövqeni təmin etmək üçün tarixi və iqtisadi əlaqələr kifayətdir. Ərəb ölkələri və İsraillə o vaxtkı isti münasibətlər, eyni zamanda regionda ikitərəfli ticarətin artan həcmi belə ümidlər üçün ciddi əsas yaradırdı. Türkiyə özünü münaqişəli tərəflər arasında vasitəçi, sülh yaradan və demokratiya müdafiəçisi kimi görürdü.

Lakin Türkiyə rəhbərliyi nəyisə qaçırdı və “qonşularla sıfır problem” siyasəti çatlar verməyə başladı. İlk güclü qarşıdurma “Mavi Marmara” gəmisi ilə bağlı insident zamanı baş verdi. Sonra Türkiyənin Suriya, Misir, Rusiya, Aropa və ABŞ-la münasibətləri pozuldu. Bir sözlə, Ankara, demək olar ki, hamı ilə münasibətləri korladı və sanki özünün xarici siyasət prinsipinin əksinə olaraq, “bütün qonşularla problem” prinsipini seçdi.

Aydın məsələdir ki. bütün bunlar siyasi nüfuza və iqtisadiyyata ciddi təsir etdi. Sonunda Türkiyə qonşularla münasibətləri qaydasına salmağa qərar verdi. İsrail və Rusiya ilə yenidən dostluq körpülərinin salınmasına, demək olar ki. eyni anda başlandı.

Bəs Türkiyənin xarici siyasətindəki belə sərt dönüşün səbəbi nədir? Bu barədə virtualaz.org-un suallarını türkiyəli politoloq, İstanbul Universitetinin professoru Fatih Özbey və israilli ictimai xadim Aviqdor Eskin cavablandırıblar.

Özbey bildirib ki, Türkiyə son zamanlar beynəlxalq izolyasiyaya məruz qalmışdı və bu vəziyyətdən çıxmaq məcburiyyətində idi: “Regionda qüvvələr balansı Türkiyənin xeyrinə deyildi. Şübhəsiz ki, bu qarşıdurmalar Türkiyənin maraqlarına ciddi zərbə vurub. Bir çox ekspertlərin fikrincə, İsrail və Rusiya ilə münasibətlərin eyni vaxtda normallaşdırılması təsadüfi deyil və bunların arasında hansısa əlaqə var. Lakin bu yaxınlaşmalar Türkiyənin ABŞ və NATO ilə münasibətlərində soyuqluğa səbəb ola bilər. Buna görə də, Türkiyə Varşavadakı sammitdə NATO-nun mövqeyinə ciddi nəzər yetirməlidir”.

O ki qaldı Türkiyənin Rusiya ilə münasibətlərinin yaxşılaşdırılmasından sonra Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyü perspektivinə, Özbey bunu problematik hesab edir: “Bu halda bütün region baş-ayaq olar və ŞƏT elə bir qlobal gücə çevrilər ki, Qərb dünyasının güclü rəqibi olar. Düşünmürəm ki, Türkiyənin NATO üzrə müttəfiqləri bu addımı bəyənsinlər. Amma dünyada elə sürətli hadisələr baş verir ki. heç bir şeyi istisna etmək mümkün deyil”.

İsrailli ekspert Aviqdor Eskin şübhə etmir ki, Ərdoğanın atdığı addımlar izolyasiya vəziyyətindən qurtulmaq məqsədini güdür: “Türkiyə lideri müsəlman dünyasının və Yaxın Şərqin lideri olmaq arzusu ilə münaqişələrə girirdi. Lakin hər şey əksinə oldu: mövqeləri zəiflədi. Buna görə də, Moskva və Qüdslə münasibətlərin yaxşılaşdırılmasına vahid prosesin hissələri kimi baxıram”.

Beynəlxalq münasibətlərdə tez-tez “Dövlətlərin daimi dostları və düşmənləri yoxdur, daimi maraqları var” tezisinə istinad edilir. Yəqin ki, Ankara da qürurunu unudaraq üzr istəməklə maraqlarının ardınca getmək qərarını verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button