2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ərdoğan: “Mən çobanam”

Türkiyə prezidenti Recep Tayyip Erdoğan kənd təsərrüfatının inkişafı ilə bağlı keçirilən tədbirdə “çoban olduğunu” söyləyib.

“Peyğəmbərlərin peşəsi olan əkinçiliyi və çobanlığı texnologiyanın bütün imkanları ilə dəstəkləyərək, düzgün planlaşdırma ilə istiqamətləndirərək və təşviq edərək ölkəmizdə layiq olduğu mövqeyə gətirməliyik. Çobanlıq deyib kiçik görməyin.”

Cənab Erdoğan əlavə edib ki, “Çobanlığın fəlsəfəsini anlamayan, onun psixologiyasını yaşamayan insan idarə edə bilməz. Mən də çobanam. Peyğəmbərimiz “Hamınız çobansınız və hamınız qoruduqlarınıza məsuliyyətlisiniz” buyurub”.

Saytların yığılması Saytlarin yigilmasi

Onun bu sözləri sosial şəbəkələrdə istehzalı şərhlərə səbəb olub.

Ahmed Ekin adlı istifadəçi bildirib ki, “…Ve böylece milleti koyun olarak gördüğünü resmen itiraf etti!”

“çobanlık sistemi geliyor hadi gözünüz aydın”, Cemil Kürtül adlı istifadəçi Facebook sosial şəbəkəsində yazıb.

Edamın bərpası və Aİ ilə əlaqələr

Cənab Erdoğan çıxışında həmçinin edamın bərpası ilə şərh verib.

“Qərb nə deyir, “Edam olmaz, bunu haradan çıxarırsınız” deyir. Mən də buradan Qərbə müraciət edirəm, ey Qərb bu millətin taleyi sizin əlinizdə deyil, bu millətin taleyi bizim əlimizdədir”.

O həmçinin çıxışında Avropa Parlamentinin sədri Martin Schulz-un Türkiyə ilə danışıqların dayandırılma ehtimalı barədə sözlərinə şərh verib.

“Anlayırıq ki, kimlərsə öz ağıllarına görə bizə bu məkanı dar etmək istəyir. Əllərindən gələni arxalarına qoymasınlar. Nə deyir, bu tərbiyəsizə bax. “Sanksiya tətbiq edərik” deyir. Sənin hər yerin sanksiya olsa nə olar? Gecikirsən. Biz də bu təcavüzə cavab olaraq, onların istifadə etdiyi nə qədər alət, xain varsa hamısının başını əzirik, əzəcəyik”.

O əlavə edib ki, “Kimsən sən? Orada bir parlamentin sədri imiş. Nəsən sən? Sən, nə zamandan bəri Türkiyə adına qərar vermə səlahiyyətinə sahib oldun? 53 ildir ki, Türkiyə Avropa Birliyinə almayan sən və ya siz, necə olur ki, Türkiyə haqqında belə bir qərar vermə yoluna gedərsiniz. Sən hələ Türkiyə tanımamısan. Türkiyədəki bəzi adamları etdiyiniz fırıldaqlar bu millətin adına deyil, bu millət öz qərarını öz verir, öz göbəyini öz kəsir”.

(BBC azeri)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button