2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ərdoğan məşhur basketbolçunu həbs etdirə bilmədi

“The Guardian” yazır ki, ABŞ-ın Oklahoma City Thunder basketbol komandasının mərkəz hücumçusu Eneş Kanter özünün dediyinə görə, Türkiyə hökuməti onun pasportunu ləğv etdikdən sonra Rumıniyada hava limanında saxlansa da, sonradan Londona uça bilib.
Milliyyətcə türk və NBA liqasının 6 illik veteranı deyib ki, o, bazar günü New York-da verəcəyi mətbuat konfransında hadisənin təfərrüatlarını açıqlayacaq.
25 yaşlı Kanter şənbə günü Tvitterlə postladığı videoçıxışda deyir ki, “bizi İndoneziyadan yolüstü gəldiyimiz Buxarestin hava limanında saatlarla saxlayıblar”. Basketbolçu qlobal xeyriyyə turuna çıxmışdı.
Recep Tayyip Ərdoğanın qatı tənqidçisi olan Kanter deyib ki, Türkiyə hökuməti onun pasportunu siyasi motivlərlə ləğv edib.
“Bunun səbəbi əlbəttə, mənim siyasi baxışlarımdır və bunu etdirən adam – Türkiyə prezidenti Recep Tayyip Ərdoğandır” – deyib idmançı.
NBA liqasından New York Times qəzetinə verilən məlumata görə, Kanterin ABŞ-a dönüşünü təmin etmək üçün məsələyə Dövlət Departamenti müdaxilə edib.
Rumıniya hökuməti bildirib ki, basketbolçunun pasportu onun doğma ölkəsi tərəfindən ləğv edildiyi üçün etibarsız sayılırdı və o bu səbəbdən Buxarestdə saxlanmışdı.
Buxarest rəsmiləri bildiriblər ki, basketbolçu hava limanında beş saatadək gözləməli olub. Polis bildirib ki, aeroportda olduğu müddətdə ona qarşı həbs hərəkətləri edilməyib.
Kanter bildirir ki, o, ABŞ-da yaşayan Fəthullah Gülənə ötən il açıq dəstək bildirdikdən sonra ona ölüm hədələri edilib. Ona göndərilən postlarda “tezliklə öldürüləcəyi” bildirilirdi.
Kanter Ərdoğan hökumətini ötən ilin martında Ankarada 37 nəfərin həyatına son qoymuş terrorçu bomba partalyışının ardınca kəskin tənqid etmişdi. O Ərdoğan hökumətini mətbu, yayın və sosial medianı bloklamaqda günahlandırırdı.
“The Guardian” yada salır ki, bu həftə Ərdoğanın Ağ Evə səfəri zamanı onun cangüdənləri ilə bu səfərə etiraz edən yerlilər araslında toqquşma baş verib. Hadisə nəticəsində 9 nəfər xəsarət alıb və iki nəfər həbs olunub.
“O Washington-da camaata hücum etdirib. O pis adamdır, diktatordur, öz ölkəsinin Hitleridir” – deyib Kanter.
2011-ci ilin nəticələrinə görə dünyanın 3 nömrəli basketbolçusu olan Kanter bildirib ki, Türkiyə komandasını 2015-ci ildə siyasi baxışları ilə əlaqədar EuroBasket turniri zamanı tərk edib. Türkiyə milli basketbol yığmasının məşqçisi Ergin Ataman bu iddianı təkzib edir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button