2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ərdoğan NATO məsələsində Finlandiyaya razılıq, İsveçə ümid verir

Türkiyə prezidenti Recep Tayyip Ərdoğan martın 17-də deyib ki, onun hökuməti Finlandiyanın NATO üzvlüyü üçün müraciətini təsdiqləməyə hazırlaşır.

Saytların yığılması Saytlarin yigilmasi

Associated Press agentliyi yazır ki, beləliklə də Türkiyə İsveçdən əvvəl Finlandiyanın şimal alyansına qoşulmasına yol açmış olur.

İsveç və Finlandiyanın NATO üzvlüyünə dair sənədləri indiyədək NATO üzvü olan iki ölkə – Türkiyə və Macarıstan ratifikasiya etməyiblər. NATO-ya hər hansı bir ölkənin üzv olması üçün onun 30 üzvünün hamısının razılığı olmalıdır.

Türkiyə İsveç və Finlandiyanı Ankaranın terrorçu hesab etdiyi şəxslərə sığınacaq verməkdə və himayə etməkdə günahlandırırdı.

Lakin Ərdoğan işarə edib ki, Finlandiya İsveçdən fərqli olaraq onun tələblərinə daha tez və hərtərəfli reaksiya verib.

Ərdoğan martın 17-də Finlandiyanın prezidenti Sauli Niinisto ilə görüşündən sonra deyib:

“Üçtərəfli memorandumun icrasına gəlincə isə biz görürük ki, Finlandiya səmimi və konkret addımlar atıb”.

Ərdoğanın bu xeyir-duasından sonra Finlandiyanın NATO üzvlüyünə müraciət sənədlərinin Türkiyə parlamentinə göndəriləcəyi gözlənilir.

“Finlandiyada belə etirazlar olmur”

Ərdoğan İsveçin NATO üzvlüyü məsələsində perspektivinə dair suala cavab verərkən deyib ki, bu, İsveçin atdığı qətiyyətli addımlardan asılı olacaq.

Türkiyə İsveçdə keçirilən etirazlardan birində Quranın yandırılması ilə bağlı kəskin bəyanatlar vermişdi.

Ərdoğan bu baxımdan Finlandiya ilə İsveç arasındakı fərqdən danışıb və deyib ki, “belə etirazlar Finlandiyada baş vermir”.

Finlandiya və İsveçin NATO üzvlüyü məsələsinə alyansın iyul ayında Vilnüsdə keçiriləcək sammitində baxılacaq.

Niinisto Erdoğanla görüşündə İsveç üçün də bir növ “üz vuraraq” deyib ki, o bu sammitdə NATO-nun 32 üzvünün toplanacağına ümid edir. Hazırda NATO-nun 30 üzvü var.

Türkiyə, Finlandiya və İsveç iki Skandinaviya ölkəsinin NATO üzvlüyü ilə bağlı üçtərəfli memorandumu ötən iyunda imzalayıblar.

Bu memoranduma görə Finlandiya və İsveç Türkiyənin kürd separatçıları və Ankaranın terrorçu hesab etdiyi şəxslər barədə tədbir görəcəklərinə dair öhdəlik götürüblər.

İsveçin xarici işlər naziri Tobias Billström deyib ki, “Türkiyənin iki Skandinav ölkəsinin müraciəti ilə bağlı eyni zamanda qərar verməsini istəyirdik, amma bunun belə olmayacağına da hazır idik”.

İsveçin məsələsi Macarıstanda da çətin olacaq

Bu arada Macarıstanın baş naziri Viktor Orban və Macarıstan millət vəkilləri də Finlandiya və İsveçin NATO üzvlüyünə dair müraciətinin ratifikasiya olunacağını vəd ediblər.

İndiyə qədər Macarıstan parlamenti bu məsələni dəfələrlə təxirə salıb.

24 saat” “
Ərdoğan NATO məsələsində Finlandiyaya razılıq, İsveçə ümid verir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button