2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ərdoğan Putindən tələb etdi: “Buna son qoyun!”

“PKK terror təşkilatının Suriya qolu olan PYD-nin Moskvadakı fəaliyyətinə son qoyulmasını gözləyirik”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada keçirilən Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının açılışında deyib.

“Terrorla mübarizədə birlikdə hərəkət etməyimiz böyük əhəmiyyət daşıyır. Suriyada İŞİD-ə qarşı sərgilədiyimiz davranış digər terror təşkilatlarına qarşı da nümayiş etdirilməlidir. Bu baxımdan PKK terror təşkilatının Suriya qolu olan PYD-nin Moskvadakı fəaliyyətinə son qoyulmasını xüsusilə gözləyirik”, – deyə Türkiyə prezidenti bildirib.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button