2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaGündəm

Ərdoğan Putini Əsəddən imtinaya çağırır

Türkiyə prezidenti Ərdoğanın fikrincə, Rusiya Bəşər Əsəd rejimi ilə əlaqələri yenidən nəzərdən keçirməlidir. O, qeyd edib ki, Əsəd 4 apreldə İdlib əyalətində kimyəvi silahlardan istifadə etdiyinə görə Moskva ABŞ-ın Suriyadakı mövqeyinə dəstək verməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz ümid edirik ki, bu, ABŞ-ın fəaliyyəti ilə məhdud qalmayacaq və Rusiya ABŞ-a qoşulacaq, ən azından Əsədi dəstəkləməyi kəsəcək”, – deyə Ərdoğan bəyan edib.

O, əlavə edib ki, Əsədə qeyd-şərtsiz dəstəyin mümkünsüzlüyü barədə Kremlin son açıqlamalarını alqışlayır.
“Gəlin bunu sürətləndirək. Gəlin Əsəd bəlasından xilas olaq”, – deyə Türkiyə prezidenti təklif edib.

Ərdoğanın sözlərinə görə, Türkiyənin əlində olan radar məlumatları birmənalı olaraq deməyə imkan verir ki, 70 nəfərdən çox adamın ölümü ilə nəticələnən kimyəvi hücumu Əsədin hökumət gücləri həyata keçirib.

İlkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button