2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ərdoğan Putini aldatdı

Türkiyə xüsusi təyinatlılarının suriya sərhəddini keçməsi və sərhəd ərazilərini İŞİD yaraqlılarından təmizləməsi və Vaşınqtonun bu əməliyyatı tam dəstəkləməsi Rusiya mətbuatında da geniş müzakirəyə səbəb olub.

Tanınmış rusiyalı şərhçi Pavel Felqenqauer son hadisələri şərh edib. O qeyd edir ki, Moskva Ankaradana sərhəddi bağlamağı tələb edib. Türkiyə tərəfi isə məsələni Rusiyanın istədiyinin tam əskinə həll etmək qərarına gəlib. İŞİD yaraqlıları həqiqətən də sərhəddən sıxışdırılır, lakin onların yerinə Əsəd tərəfdarları deyil, Rusiya hərbçilərinin vuruşduğu Suriya müxalifəti qüvvələri gəlir.

Ekspertin sözlərinə görə, görünür bu əməliyyat Moskva və Dəməşqdə çaşqınlıq yaradır. Rusiya XİN-i narazılığını dilə gətirib. Suriya kürdlərinin Moskvadakı nümayəndəsi Ankaranı ölkənin suverenliyini pozmaqda günahlandırıb. Moskvada kürd nümayəndəliyi açılanda Rusiyadan kürdlərin Türkiyə müdaxiləsindən qorunmağı istənilmişdi. Lakin Rusiya hələlik gözləmə mövqeyindədir.

Saytların yığılması Saytlarin yigilmasi

Ekspertin hesab edir ki, Türkiyənin keçirdiyi əməliyyatın ərazi məqsədi məhduddur, ancaq bu da ümumi situasiyanı əhəmiyyətli dərəcədə dəyişir. Hələbdən şimalda Suriya müxalifətinin Türkiyə və ABŞ hərbi müdafiəsi altında olan sərhədyanı əməliyyat meydanı var. Bu ərazi de facto uçuşsuz zonadı. Əsədin İranla ittifaqı işə yararsız oldu. Görünür Ərdoğan Putini aldadaraq onun diqqətini “Türk axını” söhbətinə cəlb edib. sonra isə qəflətəm xoşagılməz fakt qarşısında qoyub. əsədin və ələvi azlığın hakimiyyətdə qalması ilə bağlı Ərdoğanla razılığa gəlməyin mümkünlüyünə inanmaq sadəlövhlük olardı. Ərdoğan üçün belə qərar siyasi intihar olardı.

azadlıq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button