2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ərdoğan Qətəri dəstəkləyir

“Qətərə edilənləri doğru saymıram”

Prezident R.T. Ərdoğan səfirlərlə birlikdə, AK Partiya Ümumi Mərkəzində təşkil edilən iftara qatıldı. Iftardan sonra səfirlərə səslənən Ərdoğan, Qətər mücadiləsi ilə əlaqədar çox əhəmiyyətli açıqlamalar verdi:

Saytların yığılması Saytlarin yigilmasi

“Bölgəmizdəki problemlər hələ həll olmadan, təəssüf ki, yeni çətinliklərlə qarşı-qarşıya qalırıq. Bunlardan biri də Qətər məsələsidir. Qətərə qarşı edilən sanksiyaları doğru olmadığını əvvəlcədən söyləmişdim.”

R. Ərdogan digər ölkələrin Qətərlə olan problemlərinin həlli mövzusunda da üzərinə düşəni etməyə hazır olduğunu bildirib: “Bu çərçivədə dünəndən etibarən müxtəlif görüşlər keçirməyə başladım. Eyni şəkildə Kral Salmanla da uzun bir görüşüm oldu.”

Ərdoğan V.Putin və Küveyt əmiri Əl Sabah ilə görüşdüyünü, bu görüşlərdə  Körfəzdəki problemlərin həlli yönündə müzakirələr apardıqlarını bildirdi.

O, Qətərə qarşı bütün sanksiyaların ən qısa müddətdə qaldırılacağına ümid etdiyini söyləyib. Onun fikrincə, Qətərin bir terror şübhəlisi olaraq, günahlandırılması çox ağır bir ittihamdır. “15 ildir onları tanıyıram. Belə bir şey olarsa, qarşılarına çıxacaq ilk dövlət başçısı mən olaram.” -deyə əlavə edib.

Ərdoğan, ortada fərqli bir oyunların getdiyini və bu oyunların arxasında kimlərin olduğunu hələ də müəyyən etmədiklərini   bildirib.
 

Azadliq.info

 

 

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button