2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ərdoğan Rusiya səfəri öncəsi açıqlama verib

Yaxın dəqiqələrdə Rusiyaya yola düşməyə hazırlaşan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Esenboğa hava limanında mətbuat nümayəndələrinə açıqlama verir. Ərdoğanın çıxışında bunları deyib:

“Putinlə tez-tez gündəmimizdə olan məsələləri danışırıq. İki ölkə arasındakı əlaqələrin əvvəlki səviyyəyə çıxması üçün çox səy sərf edirik. Məlum məsələlərdən sonra ciddi bir eniş olub. Yenidən əvvəl qaldığımız yerdən yola davam etməmiz lazımdır. Siyasi olaraq ən yüksək səviyyədə bir güvən mühiti var. Turizm sahələrində bunun müsbət tərəflərini siz də təqib edirsiniz.

Saytların yığılması Saytlarin yigilmasi

Strateji sahələrdən olan enerji məsələsinə də böyük əhəmiyyət veririk. Enerji əməkdaşlığında ciddi addımlar atdıq. “Türk Akımı” Layihəsi bir şəkildə irəliləyir. Türkiyəyə tətbiq olunan iqtisadi və ticarət məhdudiyyətləri məsələsində baş nazir müavinlərimiz səviyyəsində danışıqlar davam edir. Mən də hörmətli Putinlə olan söhbətimdə müddəti sürətləndirmək lazım olduğunu bir daha ifadə edəcəyəm. Nə Rusiya, nə Türkiyənin bürokratiyaya qurban edəcəyimiz zamanımız yoxdur.”

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button