2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ərdoğan: “Şəxsən mən müharibənin danışıqlar masası arxasında bitəcəyinə inanıram”

Yayımlandı: 19 Avqust 2022 12:17

Üçtərəfli görüşdə müharibənin necə bitəcəyi müzakirə edilib

Avqustun 18-də Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski və BMT-nin Baş katibi Quterreş ilə görüşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Üçtərəfli təmasdan əvvəl V.Zelenski ilə görüşən R.T.Ərdoğan, “Zirvənin əsas məqamı müharibənin necə bitəcəyi idi”,- deyib.

Görüşdən sonra keçirilən mətbuat konfransında Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini bir daha bəyan ediblər:

“Mən cənab Zelenski ilə bölüşdüm ki, indiyə qədər etdiyimiz kimi, Ukraynanın yenidən qurulması üçün lazımi dəstəyi verəcəyik”.

O, Atom Elektrik Stansiyasındakı münaqişələrdən narahatlığını da ifadə edib:

“Biz yeni Çernobıl yaşamaq istəmirik”.

“Şəxsən mən müharibənin danışıqlar masası arxasında bitəcəyinə inanıram. Hesab edirəm ki, martda İstanbulda formalaşan parametrlər əsasında danışıqları canlandırmaq mümkündür. Biz bu məqsədə çatmaq üçün hər cür dəstəyi verməyə və yenidən vasitəçi rolunu oynamağa hazırıq. Görüşümüzdə hərbi əsirlərin mübadiləsi və təşəbbüslərimizi müzakirə etdik. Onu da bildirmək istərdim ki, biz bu məsələ ilə maraqlanırıq. Cənab Putin və Rusiya tərəfi ilə bu gün keçirdiyimiz bütün görüşlərin nəticəsini dəyərləndirməyə davam edəcəyik”, – deyə Ərdoğan söyləyib.

V.Zelenski də “Ərdoğanın səfəri güclü dövlətin bizi dəstəklədiyini göstərdi”,- deyə bildirib.

“Mən Prezident Ərdoğana dedim ki, Rusiyaya etibar etmək olmaz… Rusiyanın “hansısa sülhə” hazır olduğunu eşidəndə çox təəccübləndim. Öldürən, zorlayan, dinc əhalini raketlərlə vuran insanlar sülh istəyə bilməzlər. Onlar əvvəlcə işğal etdikləri torpaqları azad etməlidirlər, sonra isə… sonra isə sonra olacaq”, – Zelenski deyib

BMT-nin Baş katibi Quterreş nüvə stansiyası probleminə diqqət çəkərək deyib ki, Zaporojyadakı hərbi texnika və heyət geri çəkilməlidir.

Prezidentlərin görüşündən sonra Ukraynanın müharibədən dağılmış infrastrukturunun bərpasına dair saziş imzalanıb. Müqaviləni ticarət naziri Mehmet Muş və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov imzalayıb.

Mənbə:”hurriyet.com.tr/”

Sammitin baş tutduğu Pototski sarayının yaxınlığında toplaşan 50-yə yaxın nümayişçi Rusiya əleyhinə pankartlar açıblar. Onlar Ərdoğan, Zelenski və Quterreşdən Mariupol şəhərinin süqutundan sonra Azovstal dəmir-polad zavodunda əsir düşən ukraynalı əsgərlərin taleyinin araşdırılmasını istəyiblər.

R.T.Ərdoğan müharibə başlayandan bəri ilk dəfə Ukraynaya səfər edib. O, bundan əvvəl 3 fevralda Ukraynaya getmişdi.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button