2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ərdoğan Trampdan 50 faiz razı qalıb

“Financial Times” qəzeti yazır ki, nəticəsindən asılı olmayaraq Washington görüşü Recep Tayyip Ərdoğan üçün uğurlu sayıla bilər, çünki onun bundan əvvəlki rəsmi səfəri zamanı prezident Barak Obama saymazlıq göstərərək onunla görüşməkdən imtina etmişdi.
Cənab Trampa gəlincə isə o, Ərdoğanı aprelin 16-da keçirilmiş referendumun nəticələrinə görə ilk təbrik edənlərdən biri olub.
Ağ Evdəki görüşdən əvvəl etdiyi qısa çıxışında, Tramp PKK və İŞİD-ə heç bir fərq qoymadığını nümayiş etdirib və bəyan edib ki, ABŞ, Amerikada da terrorçu qruplaşma sayılan Kürdüstan İşçi Partiyası ilə mübarizəsində Türkiyənin yanında olacaq.
“Biz Türkiyəni onun İŞİD və PKK kimi terrorçu qruplaşmalara qarşı mübarizəsində dəstəkləyirik” – deyib Trump.
Lakin Ərdoğanın siyasətlərini tənqid edən “Yeni Sultan” kitabının müəllifi Soner Cağatay “Financial Times” qəzetinə bildirib ki, “Ərdoğan Trampla görüşünün baş tutacağı barədə məlumatı gözləməkdən ölürdü və buna görə də o, elə təkcə Ağ Evə dəvət aldığına görə artıq 50 faiz məmnun idi”.
Cənab Ərdoğan səfər zamanı bildirib ki, Türkiyə iyul çevrilişi cəhdinin arxasında durduğuna inandığı Fethullah Gülənin ekstradisiya ediləcəyini hələ də gözləyir.
FT yazır ki, ABŞ və Türkiyə Yaxın Şərqdə İŞİD-ə qarşı mübarizə aparırlar, lakin aralarındakı regional fikir ixtilaflarını necə çözə biləcəkləri bəlli deyil.
Bu ixtilaflara görə iki ölkə arasında münasibətlər son aylarda kifayət qədər gərgin olub.
FT yazır ki, Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri Mike Pompeo Türkiyəyə ilk səfərinin ardınca Ankaranın bəzi siyasətlərindən çaşqınlıq ifadə edib.
“Mən daha çox şey gözləyirəm, – deyib Pompeo – Onlar bizim NATO partnyorumuzdur və biz də istəyirik ki, özlərini partnyor kimi aparsınlar…Orada elə ərazilər var ki, onlar bizə kömək edirlər. Amma elə ərazilər də var ki, səmərəli müttəfiq kimi davranmırlar”.
ABŞ Suriya kürdlərinin hərbi birləşmələri – YPG-nin İŞİD-in paytaxtı Raqqanın alınmasında əsas quru qüvvəsi olmasını istəyir, lakin Türkiyə kürdlərin və onların ağır silahlarının tez bir zamanda meydandan çıxarılmasını arzulayır.
“Amma belə bir şey yəqin ki, olmayacaq, – deyir Cağatay, – YPG bu sövdələşmədəki rolu ilə kifayətlənməyəcək. Mənim nəzərimdə ABŞ-Türkiyə münasibətlərində böhran da elə onda baş verəcək. Burda hamı hamıya nömrə gəlmək istəyir”.
FT yazır ki, Türkiyə Astana danışıqları çərçivəsində ABŞ-ın rəqibləri olan Rusiya və İranın vasitəçiliyi ilə aparılan Suriya nizamlanmasında önəmli rol oynayır. ABŞ bu danışıqlara əvvəlcə qatılmasa da, indi burada ehtiyatlı müşahidəçi kimi iştirak edir.
George W Bush və Obamanın vaxtında ABŞ-ın Türkiyədəki səfiri olmuş James Jeffrey deyir ki, ABŞ Türkiyənin təkcə İŞİD-ə qarşı döyüşməsini yox, həm də İranın Yaxın Şərq boyunca yayılmaqda olan təsirini önləməsini istəyir.
FT yazır ki, bu, Səudiyyə Ərəbistanına səfərə hazırlaşan Trump üçün xüsusi önəm daşıyır.
“Administrasiyanın İŞİD-ə qarşı hərtərəfli strategiyası mövcuddur, lakin bu strategiya ən çox Türkiyə üçün əlverişsizdir, – deyib keçmiş səfir, – Problem bundadır ki, administrasiya Türkiyəyə İrana qarşı hərətərfli və tam düşünülmüş strategiya verə bilmir”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button