2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ərdoğan türkdilli dövlətlərin informasiya sisteminin yaradılmasına çağırıb

Bakı/22.10.21  Türkdilli dövlətlər dezinformasiyaya qarşı birlikdə mübarizə aparmalıdırlar. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü İstanbulda açılan Türk Şurası Media Forumunun iştirakçılarına müraciətlə bildirib.

“Nəzarətsiz sosial şəbəkələr demokratiya, cəmiyyət və dövlətlərin milli təhlükəsizliyi üçün təhlükə mənbəyinə çevrilib. Ölkələrimiz müstəqil informasiya sistemi və kütləvi informasiya vasitələrini formalaşdırmalıdır. Bu gün Türkiyə müdafiə və hərbi sahələrdə bunu edir”, -“Anadolu” agentliyi Ərdoğandan sitat gətirib.

Qarabağda 44 günlük savaş zamanı  baş verənlər  “rəqəmsal faşizm”in təzahürü oldu, Qərbin tanınmış kütləvi informasiya vasitələri Ermənistan Silahlı Qüvvələrinin cinayətlərinə, Azərbaycanın dinc şəhərlərinin raket atəşlərinə tutulmasına məhəl qoymadı.

Saytların yığılması Saytlarin yigilmasi

“Ermənistan Silahlı Qüvvələri Azərbaycan şəhərlərini ballistik raketlərlə atəşə tuturdu, kütləvi qətllər törədirdi, lakin qanlı cinayətlər ört-basdır edilirdi, beynəlxalq kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmırdı. Qarabağ müharibəsi ölkələrimizin üzləşəcəyi informasiya embarqosuna nə ilk, nə də son nümunədir”, – Ərdoğan deyib. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button