2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ərdoğan və Putin Qarabağ, Suriya və Ukraynanı müzakirə ediblər

Bakı/03.12.21 Dekabrın 3-də Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub. “Anadolu” agentliyi xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Türkiyə-Rusiya münasibətlərinin inkişaf etdirilməsi yollarını, həmçinin regional məsələləri, o cümlədən Azərbaycan və Ermənistan arasında gedən prosesləri müzakirə ediblər.

Kremlin mətbuat xidməti öz növbəsində bildirib ki, “Türkiyə prezidentinin xahişi ilə Vladimir Putin noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verib.

  Danışıqlar zamanı Bakı və Yerəvanın regionda sabitliyin təmin edilməsi kontekstində əməkdaşlığa, eləcə də iki dövlət arasında sərhədin delimitasiyası və demarkasiyası mexanizmlərinin yaradılması vacibdir. Bundan əlavə, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı praktiki məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

    Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının vasitəçilik rolunun vacibliyini qeyd edərək, atəşkəs rejiminə və münaqişə zonasında bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya-Türkiyə mərkəzinin imkanlarından istifadə də daxil olmaqla, səylərin gələcək koordinasiyasının tərəfdarı olduğunu bildirib.

    Tərəflər həmçinin Suriya və Liviyada qarşılıqlı anlaşma və birgə addımlar atılacağını bəyan ediblər.

     Ukraynaya gəlincə, Putin Kiyevi silahlı təxribatlardan və “Donbasa zorla təsir göstərmək cəhdlərindən” əl çəkməyə çağırıb. -02D-

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button