2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ərdoğan yanğınların söndürülməsinə göstərdiyi köməyə görə bəzi dövlətlərin başçılarına təşəkkür edib

Bakı/03.08.21  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının söndürülməsində göstərdikləri köməyə və həmrəyliyə görə Azərbaycan, Rusiya, İspaniya, İran, Qətər, Xorvatiya və Ukrayna dövlət başçılarına təşəkkürünü bildirib.

“Yanğınların söndürülməsində göstərdikləri dəstəyə, həmrəyliyə və başsağlığına, köməklik göstərməyə  və yardım göndərməyə hazır olduqlarına görə bütün dost ölkələrə və təşkilatlara xalqım adından təşəkkür edirəm. Ümid edirəm ki, yaxın vaxtlarda biz yanğınların öhdəsindən gələcəyik. İlk növbədə dəyərli dostlarım Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinə, İspaniyanın baş naziri Pedro Sançesə dəstəyə görə təşəkkür edirəm.

Həmçinin göstərdikləri həmrəyliyə görə İran prezidenti Həsən Ruhani, Qətər əmiri Tamim bin Həməd Al Tani, Xorvatiya və Ukrayna prezidentləri Zoran Milanoviç və Vladimir Zelenskiyə təşəkkür edirəm”, – Ərdoğan Tvitter-də yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

O həmçinin təbii fəlakətlə əlaqədar Türkiyəyə dəstəyini ifadə edən və başsağlığı verən 73 ölkənin bayraqları olan təsviri əlavə edib. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button