2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ərdoğan yeni kabinetin tərkibini açıqladı

Yaşar Gülər müdafiə naziri, Hakan Fidan xarici işlər naziri oldu

İyunun 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.

Türkiyə Prezidenti bu barədə mətbuat konfransında açıqlama verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirib ki, Prezidentin köməkçisi Cevdet Yılmazdır, ədalət naziri Yılmaz Tunc, ailə və sosial təminat naziri – Mahinur Özdemir Göktaş, gənclər və idman naziri – Osman Aşkın Bak, energetika naziri – Alparslan Bayraqdar, müdafiə naziri – Yaşar Gülər, daxili İşlər naziri – Ali Yerlikaya, xarici işlər naziri – Hakan Fidan, maliyyə və xəzinə naziri – Mehmet Şimşək, səhiyyə naziri – Fəxrəddin Qoca, sənaye naziri – Mehmet Fatih Kaçır, kənd təsərrüfatı və meşə naziri – İbrahim Kumaklu, mədəniyyət və turizim naziri – Mehmet Ersoy, ticarət naziri – Ömər Bolat, təhsil naziri – Yusuf Tekindir.

Yeni müdafiə naziri Yaşar Gülər 2018-ci ildən Silahlı Qüvvələri Baş Qərargahının rəisi idi. 55 yaşlı yeni xarici işlər naziri Hakan Fidan 2010-cu ildən Milli Kəşfiyyat Təşkilatına (MİT) rəhbərlik edib. Maliyyə naziri Mehmet Şimşek 2009-2015-ci illərdə bu vəzifədə olub. 2016-cı ildə Baş nazirin müavini təyin edilib, yeni hökumətdə İqtisadi Koordinasiya Şurasına sədrlik edib, daha sonra bu vəzifədən azad edilib. 1968-ci ildə anadan olan daxili işlər naziri Ali Yerlikaya əvvəllər Daxili İşlər və Səhiyyə Nazirliklərində işləyib. O, İstanbuldan əvvəl Şırnak, Ağrı, Tekirdağ və Qaziantep şəhərlərinə rəbərlik edib.

Bu gün Türkiyə Böyük Millət Məclisində yeni seçilən Prezidentin andiçmə mərasimi keçirilib.

Mayın 28-də Türkiyədə prezident seçkilərinin II turu keçirilib.

Yüksək Seçki Qurumunun (YSK) məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidenti seçilib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button