2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ərdoğan Yunanıstana xəbərdarlıq etdi

Türkiyə prezidenti deyib ki, Ankara öz hüquqlarından geri çəkilməyəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyə prezidenti Racep Tayyip Ərdoğan (Erdogan) bildirib ki, Yunanınstan qeyri-hərbi statuslu adaları silahlandırmaqdan əl çəkməli və beynəlxalq razılaşmalara əməl etməlidir.

Reütersin məlumatına görə, o bunu iyunun 9-da Türkiyə ordusunun ölkənin qərb sahillərində keçirdiyi hərbi təlimləri müşaidə edərkən deyib.

“Yunanıstanı peşmançılıqla nəticələnəcək xəyallar, hərəkətlər və bəyanatlardan çəkinmək üçün xəbərdar edirəm. Özünüzə gəlin” deyə Ərdoğan vurğulayıb.

Ərdoğan bildirib ki, Türkiyə Egeydəki hüquqları və adaların silahlandırılması ilə bağlı beynəlxalq müqavilələrdə göstərilən hüquqlarından geri çəkilməyəcək”.

Ankara Yunanıstanı bu yaxınlarda Egey dənizindəki mübahisəli adalar üzərində hava məkanını pozmaqda günahlandırır və son vaxtlar tərəflər arasındakı gərginliyin artdığı müşahidə olunur.

NATO üzvü olan bu iki ölkə, 5 illik fasilədən sonra- ötən il Aralıq dənizindəki mübahisəli ərazilər və digər fikir ayrılıqları ilə bağlı ikitərəfli danışıqları bərpa etmişdilər.

Qeyd edək ki, uzun illərdi ki, Araqlıq dənizindəki mübahisəli ərazilər, dənizdəki təbii sərvətlər, habelə 1974-cü ildən ikiyə bölünmüş Kipr adası üstündə mübahisə gedir.

Tərəflər vaxtaşırı bir-birini özlərinin hava məkanı və dəniz sərhədlərini pozmaqda günahlandırır.

24 saat” “
Ərdoğan Yunanıstana xəbərdarlıq etdi
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button