2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ərdoğana sui-qəsd, NATO-nun Türkiyəyə müdaxiləsi… – İKİNCİ DALĞA BAŞLANIR

“Türkiyəyə qarşı düşmənçiliyini “Ərdoğana sui-qəsd” çağırışlarına qədər çatdıran və bunun ən çirkin nümunələrini ortaya qoyan Qərb siyasətçiləri və mediası son günlərdə daha bir şeyi kəşf ediblər: NATO Türkiyəyə müdaxilə etsin!”
Publika.az xəbər verir ki, bunu Türkiyəyə son hücumları şərh edən yazar İbrahim Karagül “Yeni Şafak” nəşrində yazıb.
“Bir neçə il əvvəl FETÖ-nün ətrafında olan insanlardan oxşar ifadələri eşidirdik. “NATO Türkiyəyə müdaxilə edəcək” deyirdilər. Əslində, “etməlidir” çağırışları edirdilər. Çünki, onların fikrincə, özləri məğlub olarlarsa, Türkiyə yox olmalıdır! Özləri qazana bilmirlərsə, dünyanın bütün şər qüvvələri Türkiyəyə həddini bildirməlidir”, – o qeyd edib.
Onun sözlərinə görə, bəziləri Suriyanın şimalında ABŞ-ın PKK-ya verdiyi dəstəyin əslində NATO-nun dəstəyi olduğunu, terrora qarşı mübarizədə Türkiyənin yanında yer almalı olduğu ittifaqın terror təşkilatları üzərindən Türkiyəni vurduğunu söyləyirlər.
İbrahim Karagül xatırladıb ki, son olaraq ABŞ-ın nüfuzlu nəşrlərindən olan “New York Times” “Türkiyədə demokratiya itirdi” başlığı ilə verdiyi yazısında NATO-nu Türkiyəyə müdaxilə etməyə çağırıb.
“Bir-birinin ardınca bütün təşkilatlar üzərindən Türkiyəyə istiqamət verməyə cəhd etdilər. Olmadı. Belə çıxır ki, bunun üçün yalnız NATO qalıb. Türkiyəyə müdaxilə çağırışları Qərb mətbuatında yer alırsa, bu, bəzi siyasi dairələr tərəfindən dilə gətirilirsə, buna hazır olmalıyıq. Bundan başqa, NATO-da “Türkiyə yaxşı müttəfiqdir” şəklində şərhlər artırsa, bu, müttəfiqliyin sorğulanması deməkdir. 15 iyul dövlət çevrilişinə cəhdi planlaşdıranların kimlər olduğunu, NATO-da çalışan FETÖ-cülərin kimlərə sığındığını bilirik. 15 iyulda NATO-nun rolunun nə olduğunu da bilirik. PKK-ya dəstək verən NATO ölkələrini, Şimali Suriyada PKK-nı qoruyan NATO güclərini, Türkiyənin müdaxiləsini əngəl olan müttəfiqləri, sərhədlərimizdə PKK nişanları ilə gəzən NATO əsgərlərini bilirik. “NATO Türkiyəyə müdaxilə etsin! deyirlər. 15 iyulda onsuz da etdi. Bu ölkənin işğalı və vətəndaş müharibəsi cəhdi NATO-nun üzvləri tərəfindən edildi. Türkiyənin parçalanması ssenariləri onların üzərindən tətbiq olundu”, – yazar qeyd edib.
Onun sözlərinə görə, 15 iyul dövlət çevrilişinə cəhddən sonra Suriyanın şimalında baş verənlər Türkiyəyə qarşı hücumun ikinci dalğasıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button