2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ərdoğan:”Biz Afrindən geri çəkilməyəcəyik”

Terror qruplaşmalarına ilk zərbəni ”Fərat qalxanı” ilə vurmuşduq”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bizim kürd qardaşlarımızla problemimiz yoxdur. Məsələ kürd dəhlizində də deyil. Biz terrorçuların istifadə etdikləri dəhlizə qarşıyıq. Kürd dəhlizi ilə terrorçuların ixtiyarında olan dəhlizin fərqini mən burada izah etməyə borclu deyiləm. Hatayada Elektrik stansiyasına atılan raket nəticəsində bir vətəndaşımız şəhid olub. Şəhidimizin qanı yerdə qalmayacaq. Afrindən geri çəkilməyəcəyik”, -deyə o, vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

R.T.Ərdoğan bildirib ki, Türkiyə ordusu Afrində vəzifəsini icra edir və edəcək: “Türkiyənin bu əməliyyatlarda əsas hədəfi təhlükəsizliyini, Suriyanın ərazi bütövlüyünü təmin etməkdir. Həmin terrorçular Türkiyə üçün nə dərəcdə təhdid yaradırsa, eyni dərcədə İran, Suriya, İraq və bütövlükdə bölgə üçün təhlükə mənbəyidir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button