2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ərdoğandan İsrailə xəbərdarlıq

“Əbədi sülh üçün tək yol 1968-ci il xəritəsi əsasında müstəqil Fələstin dövlətinin qurulmasıdır”.

Oxu.Az TRT telekanalına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan “Parlamentlərarası Qüds platforması: Qüds və danışıqlar prosesinin problemləri simpoziumu”nda çıxışında deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, Fələstini tanıyan ölkələrin sayının 137-ni keçməsi üçün çalışmaq lazımdır: “Bu, bir insanlıq vəzifəsidir. Fələstinin İsraillə eyni şəkildə təmsil olunmasını təmin etməliyik. Yaxın Şərqin ürəyindəki bu yara müalicə olunmadan bölgədə dinclik və sakitliyin olacağı düşünülə bilməz. İsrail və digər ölkələr gərginliyi yüksəldəcək addımlar atır. Müsəlmanların ibadətlərini məhdudlaşdıran təcavüzkar hərəkətlərə səssiz qala bilmərik. Məscidi-Aksanın içində olduğu Haramül Şərif müsəlmanlara aiddir, elə də qalacaq”.

İsraildə azanın qadağası ilə bağlı hazırlanan qanun layihəsinə toxunan Ərdoğan bunu təhlükəli hesab etdiyini deyib: “Azan qadağasının müzakirə edilməsi belə ağıl və vicdandan uzaqdır. Bu müzakirənin heç kimə faydası yoxdur. Bu qadağanın tətbiqi yalnız fələstinlilərin deyil, bütün müsəlmanların təhqiri deməkdir. Mövzu ilə bağlı narahatlıqlarımızı, qanun layihəsinin qəbul ediləcəyi halda nə cür təhlükəli nəticələrə gətirib çıxara biləcəyini israilli səlahiyyətlilərə çatdırdıq”.

Suriyada həyata keçirilən “Fərat Qalxanı” əməliyyatından danışan Türkiyə prezidenti bildirib ki, bu ölkəyə diktator Bəşər Əsədin hökmranlığına soy qoymaq üçün giriblər.

“Biz səbir, səbir dedik, ən sonda dözə bilməyərək Azad Suriya Ordusu ilə Suriyaya girmək məcburiyyətində qaldıq. Nə üçün girdik? Bizim Suriya torpaqlarında gözümüz yoxdur. Biz dövlət terroru ilə məşğul olan Əsədin hökmranlığına son qoymaq üçün oraya girdik”, – deyə Ərdoğan vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button