2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ərdoğandan sensasion açıqlama: Türkiyə dollardan imtina edir

Türkiyə əsas ticarət tərəfdaşları – Çin, Rusiya, İran və Ukrayna ilə hesablaşmaları milli valyutada aparmağa hazırlaşır.

Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Cümə günü ABŞ prezidenti Donald Tramp Türkiyədən Amerikaya ixrac olunan alüminyum və polada tətbiq edilən rüsumun 2 dəfə artırılmasına sanksiya verib. Nəticədə Türkiyə lirəsi kəskin surətdə ucuzlaşıb.

ABŞ və Türkiyə arasında münasibətlər həmçinin 2016-cl ildə həbs edilən amerikalı rahib Endrü Bransonun işinə görə də gərginləşib.

Saytların yığılması Saytlarin yigilmasi

Ərdoğan bildirib ki, Avropa ölkələri “dollar buxovundan azad olmaq istəsə”, o zaman Ankara onlarla da analoji hesablaşmalara keçməyə hazırdır.

“Heç kim Türkiyəni iqtisadiyyat sahəsində qarşısına qoyduğu məqsəddən yayındıra, terrorçuluqla mübarizədən geri çəkilməyə məcbur edə bilməz. Bunu açıq bəyan edirəm. Türkiyə Suriya və İran siyasətini dəyişməyəcək”, – Ərdoğan deyib. (Oxu.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button