2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ərdoğanın yerini qiyamçılara bu zabit deyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yavəri polkovnik-leytenant Ərkan Kıvrakın ifadəsi yayılıb.

Kıvrak hadisələr olan gün prezidentin baş yavəri Əli Yazıcının ondan Ərdoğanın qaldığı otelin yerini soruşduğunu bildirib. FETÖ ilə əlaqəsi olmadığını qeyd edən Ərkan Kıvrak bunları deyib:
“İyulun 14-də prezidentin mühafizəçiləri ilə birlikdə Antalyaya getdik. Prezident ayın 16-da bir tədbirdə iştirak edəcəkdi. Təxminən saat 15 radələrində baş yavər Yazıcı mənə zəng etdi, Ərdoğanın qaldığı otelin adını, yerini soruşdu. Mən də bunları prezidentin təyyarəsini idarə edən pilotdan öyrənib, Əli Yazıcıya zəng etdim. Doğrusu, yavərin bunu nə üçün soruşduğunu bilmirdim, amma otelin yerini ona dedim.
Səhər oyananda hərbi çevrilişə cəhd olduğunu və bunun uğursuzluqla başa çatdığını öyrəndim. Sonra polislər gəlib məni saxta sənəd iddiası ilə həbs etdilər. Halbuki onlara saxta sənəd göstərməmişəm. Mən FETÖ-çu deyiləm. Baş yavərin də FETÖ-çu olub-olmadığını bilmirəm”.(axar.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button