2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ərdoğanla Putin arasındakı gizli diplomatiyanın detalları

Türkiyə və Rusiya prezidentlərini barışdıran biznesmen və dövlət başçısı kimdir?

Türkiyənin “Hürriyet” qəzeti Moskva və Ankara arasındakı konfliktin çözülməsi üçün gizli diplomatiya ilə məşğul olan vasitəçilərin adını açıqlayıb. Onların arasında Dağıstanda yaxşı əlaqələrə malik biznesmen Cavid Çağlar və Qazaxıstan prezidenti Nursultan Nazarbayev var.

Ərdoğanın mətbuat katibi Ibrahim Kalın deyib ki, Rusiyanın qırıcı təyyarəsinin türklər tərəfindən vurulması və ardınca da Moskvanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalardan sonra pozulan münasibətlərin normallaşmasında bir neçə vasitəçi böyük rol oynayıb. Məhz Kalın vasitəçilik edənlər arasında türk biznesmen Cavid Çağlar və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adını çəkib. Onun sözlərinə görə, Türkiyə ilə, həmçinin baş qərargah rəisi Hulusi Akarla “böyük dostluq” münasibətləri konfliktin həllində böyük rol oynayıb. Amma mətbuat katibi adıçəkilən şəxslərin konfliktin aradan qaldırılmasında konkret hansı əməyinin olduğunu dəqiqləşdirməyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Hürriyet”in diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, aprelin sonunda Türkiyənin baş qərargah rəisi, general Hulusi Akar prezident Ərdoğana deyib ki, böhranın həlli üçün müəyyən kanalları var. Akar Dağıstanda tekstil biznesi olan, “Nergis Holding”in sədri Cavid Çağları nəzərdə tutub.

Çağlar 90-cı illərdə Süleyman Dəmirəlin hakimiyyəti dövründə siyasətlə məşğul olub. Akar Ərdoğana bildirib ki, Çağların Dağıstan prezidenti Ramazan Abdulatipovla tanışlığı var. Abdulatipovun isə öz növbəsində Rusiya prezidenti Vladimir Putinə çıxış imkanları var.

22 iyunda Qazaxıstanın Ankaradakı səfiri Canseyit Tuymebayev təcili şəkildə Kalını yanına çağırıb. Kalına deyib ki, Nazarbayev Putinlə Sankt-Peterburqda görüşüb, Putin bildirib ki, əgər Ərdoğan üzr məktubu yazsa, o, bu məktubu qəbul etməyə hazırdır.

23 iyunda Tuymebayev Kalını yenə yanına çağıraraq deyib ki, Nazarbayev Daşkənddədir və növbəti günün səhəri o, Putinlə görüşəcək, əgər məktub həmin vaxta qədər hazır olsa, bu konfliktə son qoyula bilər.

Ərdoğan məktubu yazıb və Kalına tapşırıb ki, məktub tez bir zamanda çatdırılsın. Mətbuat katibinin təyyarəsi 24 iyun gecə saat 3-də Ankaradan çıxıb. Təyyarə Istanbulda eniş edərək, onun tərcüməçisi və məsləhətçisi Çağları da götürüb.

Kalın və Çağların olduğu təyyarə 24 iyun günorta Daşkəndə çatıb. Nazarbayev onları qarşıladıqdan sonra məktubun rusca surətini istəyib. Qazaxıstan prezidenti məktubun mətnini diqqətlə oxuduqdan sonra fikrini bildirib: “Yaxşıdır”.

Yalnız bundan sonra türklər biliblər ki, Putin və onun nümayəndə heyəti qonşu otaqdadır.

Bundan sonra Ibrahim Kalın və Putinin məsləhətçisi Uşakov danışıb razılığa gəliblər ki, barışıq bəyanatı 27 iyunda Moskvada elan olunmalıdır. 27 iyunda Rusiyanın mətbuat katibi Dmitri Peskov jurnalistlərə elan edib ki, Ərdoğan məktub yazaraq rus pilotunun ölümünə görə Putindən üzr istəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button