2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ərdoğanla Putini barışdıran əsas şəxslərin adı — Açıqlandı

Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşmasında əsas vasitəçi şəxslər Azərbaycan prezidenti İlham Əliyev və qazaxıstanlı həmkarı Nursultan Nazarbayev olub.

Vladimir Putinlə dost olan, Rəcəb Tayyib Ərdoğanla isə yaxşı əlaqələrə malik Nazarbayev hər iki lider arasında telefon danışığının həyata keçirilməsində önəmli rol oynayıb.

Qazaxıstanın Ankaradakı səfirliyindəki rəsmi şəxslərdən verilən məlumata görə, Su-24 təyyarəsinin vurulmasından sonra Nazarbayev və İlham Əliyev Türkiyə ilə Rusiya arasında əlaqələrin normallaşması üçün əlindən gələn hər şeyi ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Putin iyunun 22-24-də Daşkənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısına qatılıb. Rusiya lideri ilə görüşən Nazarbayev 2 ölkə arasında vasitəçilik edib. Bundan sonra Ərdoğan Putinə məktub göndərib, iyunun 29-da isə onunla telefon əlaqəsi saxlayıb. Türkiyə liderinin Putinlə danışdıqdan sonra Nazarbayevlə də telefon danışığı olub.

Ərdoğan münasibətlərin normallaşmasında göstərdiyi səylərə görə həm Azərbaycan, həm də Qazaxıstanın ölkə başçılarına ayrı-ayrılıqda təşəkkür edib.

Qeyd edək ki, Türkiyənin baş naziri Binalı Yıldırım da əlaqələrin yaxşılaşmasında Qazaxıstan və Azərbaycan liderlərinin güclü səyləri üçün onlara minnətdarlığını bildirmişdi. (qafqazinfo)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button