2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Ərim deyir ki, gəl Güneli və səni bir evdə saxlayım”-Qardaşı qızını qaçıran əmi ŞOK ETDİ

“İki gün əvvəl Həsənlə Gəncə şəhərində görüşdük. Dedi ki, sən mənim adımı təmizə çıxar, mən də Güneli də saxlayım, səni də. Bildirdi ki, mənə görə Günelin evi dağılır, etdiyim hərəkətdən utanıram, heç kimin üzünə çıxa bilmirəm”.

24saat.org  xəbər verir ki, bu ilginc açıqlamanı olkə.az-ın əməkdaşıyla söhbətində bir neçə gün öncə ərinin ona qardaşı qızıyla xəyanət etdiyini söyləyən Həmidə Səfərova adlı qadın səsləndirib. Onun iddiasına görə, əri iki gün öncə belə bir təklif edib və o, bununla razılaşmayıb:

“İkimizi bir evdə saxlamaq istəyir. Mən də onun fikriylə razı deyiləm. Övladlarıma həm ata, həm də ana olacağam. Ondan istədiyim də aliment və evdir. Məhkəməyə müraciət etmişəm ki, o gəlməsə də, bizi boşayın. Mənə deyir ki, əgər boşansan, səni öldürəcəyəm. Baldızım Könül də məni ölümlə hədələyir. Yazılanları oxuyuram ki, bəzi insanlar məni qınayırlar. Ancaq kim istəyər ki, isti yuvası dağılsın? Həsənə səslənirəm və bildirirəm ki, heç vaxt ona xəyanət etməmişəm. Heç yerdən köməyim yoxdur, övladımın təzyiq problemi var. Həsən nə qədər çalışsa da, adını təmizə çıxara bilməyəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Həmidə Səfərova əri Həsən Səfərovun ona öz qardaşı qızı Günel Səfərova ilə xəyanət etdiyini və qoşulub qaçdığını bildirmişdi. Həsən Səfərov isə həyat yoldaşının iddialarını təkzib etmiş və yoldaşının ona başqalarıyla xəyanət etdiyini iddia etmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button