2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Əsgər atası: Oğlum öldürülərək kanala atılıb VİDEO

“O getdi vətənə olan borcunu versin, oradakı komandanlıq, əsgər, zabit heyəti də ona olan borcunu verdilər, öldürdülər, yola saldılar üzü bəri”- Paşa Paşayev oğlunun ölüm hadisəsindən danışır.

18 yaşlı Pərviz Paşayev iyulun 30-da, hərbi xidmətinin 9-cu ayında Beyləqanda yerləşən hərbi hissədə həlak olub. Müdafiə Nazirliyi valideynə deyib ki, oğlu Qarabağ su kanalına  düşərək can verib. Amma valideyn oğlunun üzərində işgəncə izlərini gördüyünü deyir. Paşa Paşayev oğlunun öldürülərək kanala atıldığını düşünür.

Saytların yığılması Saytlarin yigilmasi

“Onun dirsəyində, ayağında izlər, boynunda boğulma izləri var idi. Qırmızı ləkələr idi. Bu onu göstərir ki, uşaq əvvəlcədən döyülüb, onu ölmüş hesab edib suya atıblar”.

Hadisə baş verməmişdən 1 həftə əvvəl Pərviz Paşayev hər gün evə zəng edib  pul istəyirmiş. Valideyni deyir ki, əvvəllər bu qədər pul istəməyib.

“Uşaq hər gün mənə zəng eləyirdi. Elə gün olurdu ki, hətta iki-üç dəfə zəng edirdi. Hər dəfə soruşurdum ki, nə problemi, çatışmazlığı var,” heç nə yoxdur, amma mənə pul göndər” deyirdi. Axırıncı həftə ona 3 dəfə pul göndərdim. Bu, qeyri-adi hal idi. Əvvəllər haradasa 10-12 gündən bir zəng edən uşaq, axırıncı həftəsi gündə iki-üç dəfə zəng edirdi. Görünür ki, onu bu vaxtlar incidirmişlər”.

Valideyn hadisənin baş verdiyi yerə gedib. Deyir ki, kanalın üzərində yan-yana ümumi uzunluğu 3 metr olan borular var və oradan suya düşmək mümkünsüzdür.

“Hərbi hissədə iki qrup davası olub. Yəqin ki, qrupun birində mənim oğlum iştirak edib. O davadan sonra ola bilsin kimsə ondan qisas almaq istəyib. Tutulan gizirin valideynlərinin dediyinə görə bu ölüm hadisəsindən sonra bir daha dava olub. Yenə həmin iki qrup dalaşıb. Bu da onu göstərir ki, yəqin mərhumun dostları oğlumun öldürülməsi ilə barışmayıblar və buna görə də bir daha dava olub”.

İşi aparan müstəntiq Xaliq Məmmədov bildirir ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi açılıb. Müharibə vaxtı və ya döyüş şəraitində qulluğa səhlənkar yanaşma maddəsi ilə bir gizir və  əsgər məsuliyyətə cəlb olunub. Məhkəmə tibbi ekspertizasının rəyi hələ gəlməyib. İstintaq davam edir.

Müdafiə Nazirliyi zənglərimizə cavab vermədi.

“Prokuror özü bizə dedi ki, indi bu uşağı yarıb baxacaqlar. Əgər ağciyərindən su çıxarsa, demək suda boğulub, yox çıxmazsa, demək bunu ya vurublar, ya da suya atıblar. Oğlumu yardılar, ağciyərindən su çıxmadı, ancaq qan laxtası çıxdı”.

Paşa Paşayev oğlunun ölümündə təqsiri olanların cəzalandırılmasını istəyir. O Pərvizi təkbaşına böyüdüb. Oğlu kiçik yaşlarından anasını itirib. Pərviz özünə qapalı olub, heç kim heç vaxt onun dərdini bilməyib. Atası deyir ki, onu əsgərlikdə incitsəydilər,  heç vaxt deməzdi.

“Bu günə qədər mən uşağı tək böyütmüşəm. Dişlə, dırnaqla, cırmaqla böyütmüşəm. Böyütdüm, axırı da getdi, uşağı öldürdülər”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button