2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əsgərin həlak olduğu deyilir

Bələdiyyə sədri: ”Onun hansı şəraitdə həlak olduğu barədə məlumatsızıq”

Saytların yığılması Saytlarin yigilmasi

Mayın 9-da səhər saatlarında cəhbə bölgəsində erməni silahlılarının açdığı atəş nəticəsində leytenant Süleyman Kazımovun həlak olduğu bildirilir. 

Süleyman Kazımov Biləsuvar rayonu, Amankənd kənd sakinidir. 

Məlumatı Meydan TV-yə Amankənd sakinləri verib. Onlar hadisənin necə baş verdiyinin naməlum olduğunu söyləyiblər: 

“Şəhid torpağa tapşırılıb. Bu gün 3 mərasimi idi”. 

Meydan TV xəbərin doğruluğunu yoxlamaq üçün Amankənd  bələdiyyəsinin sədri Füzuli Məmmədovla əlaqə saxlayıb. Bələdiyyə sədri məlumatı təsdiqləyib: 

“Bəli, belə bir hadisə olub. Dəfndə də iştirak etmişəm. Ancaq onun hansı şəraitdə həlak olduğu barədə məlumatsızıq. Hadisənin necə baş verdiyini bilmirik”. 

Bununla bağlı Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun açıqladığı statistikaya görə, 2017-ci ilin ilk 4 ayında Azərbaycanda 22 hərbçi həlak olub. Onlardan 12-si döyüş, 10-u isə qeyri-döyüş itkisidir. Statistika mətbuatın monitorinqi nəticəsində hazırlanıb. 

Silahlı Qüvvələrin 12 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfin açdığı atəş nəticəsində həlak olub. 

2 hərbçi xəstəlikdən, 2 nəfərin intihar etdiyi, 2 nəfərinsə bədbəxt hadisədən (qar uçqunu və tank altında qalma) öldüyü bildirilir. 2 nəfər naməlum hadisə səbəbindən, 1 nəfərin əsgər yoldaşının açdığı atəş nəticəsində, 1 nəfərinsə avto-qəza nəticəsində həlak olduğu deyilir.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button