2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏXəbərlər

Əsgərin nəşi neytral zonadan götürülüb

Cəbhənin Füzuli rayonu istiqamətində vurulan Azərbaycan əsgəri Ramin Abdulrəhmanovun nəşi neytral zonadan götürülüb.

Bu barədə AzadlıqRadiosu xəbər verib.

Xəbərdə deyilir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib: “Tərəflərin müraciəti və razılığı əsasında nümayəndəlik təmsilçiləri əsgərin nəşinin təmas xəttindən çıxarılması əməliyyatında iştirak edib”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu prosesin sentyabrın 23-də gerçəkləşdiyi açıqlanıb.

Sentyabrın 22-də cəbhəboyu zonada Azərbaycan əsgəri Ramin Abdulrəhmanov həlak olub.

Bu barədə sentyabrın 23-də yerli saytlar məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti də məlumatı təsdiqləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button