2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Əsl kərə yağını digər yağlardan ayırmaq mümkündürmü?

Eyyub Hüseynov: “İstehlakçı bunu bir sıra üsullarla müəyyənləşdirə bilər”

 

Ölkənin kərə yağı bazarında müxtəlif adlarda xeyli sayda yağın istehlakçılara təklif edildiyi, bəzi hallarda vətəndaşların kərə yağı adı ilə aldadıldığı kimsəyə sirr deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır, əsl kərə yağını digər yağlardan ayırmaq mümkündürmü? Hər hansı istehlakçı bunu fərdi şəkildə, heç bir xüsusi qurğu və avadanlığın köməyi olmadan müəyyən edə bilərmi?

24saat.org-a açıqlama verən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bunun mümkün olduğunu vurğuladı:

“Əsl kərə yağını digər yağlardan ayırmaq üçün müxtəlif üsullar mövcuddur. Məsələn, istehsalçı yağ almaq istəyərkən yağları əli ilə sıxsın. Hansı əlinə bərk gəlsə, onu alsın. Çünki bu, kərə yağının əlamətidir. Hansı boş olsa, deməli onun tərkibində çoxlu bitki yağları var.

Müxtəlif yağları eyni temperaturdakı tavaya atsınlar. Onlardan hansı tez ərisə, bu yağın kərə yağı olmasına dəlalət edir.

Donmuş hada olan kərə yağını kəsən zaman o, parçalanaraq tökülür. Kərə yağı sümük rəngində olmalıdır. Çox sarı olmalı deyil.

Bu və bu kimi bir sıra üsullar var ki, bunların köməyi ilə əsl kərə yağını qarışıq yağlardan ayırd etmək mümkündür”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button