2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Ətin qiyməti 6-7 manata düşəcək – RƏSMİ – VİDEO

Bayramqabağı paytaxtda təşkil olunacaq yarmarkalarda mal və qoyun əti qiymətinin maksimum 7 manat olacağı deyilir.
Artıq paytaxtın Xətai rayonunda təşkil olunan yarmarkada ətlərin üzərinə bu qiymətlər vurulub.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, bayramqabağı yarmarkalara 10 tona yaxın ət çıxarılacaq və bununla da süni qiymət artımının qarşısı alınacaq. Ətin 1 kiloqramının qiyməti 6-7 manat arasında dəyişməsi bazarlara da təsir edəcək və paytaxtın digər nöqtələrində də ət satanlar məcbur olub qiyməti salacaqlar.
Ancaq yarmarkalardan kənarda ət satanlar heç də belə düşünmürlər.
Satıcıların sözlərinə görə, yaxın bir neçə ayda ətin qiymətində ciddi azalma olacağı gözlənilmir.
xezerxeber.az-ın mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button