2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Əvəz Hafizlini qətlə yetirməkdə ittiham olunan əmisi oğluna hökm oxundu

Yayımlandı: 29 İyul 2022 17:35

Əmrulla Gülaliyevin son sözü: ““Biz bir evdə böyümüşük, üç qardaş olmuşuq…”

Bir sıra internet televiziyalarıyla əməkdaşlıq edən Əvəz Hafizlini (Şıxməmmədov) qətlə yetirməkdə ittiham olunan əmisi oğlu Əmrulla Güləliyevin məhkəməsi yekunlaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

İyulun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hakim Əli Məmmədovun sədrliyilə çıxarılan hökmə əsasən, 24 yaşlı Əmrulla Güləliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə təqsirli bilinib və 9 il 6 ay azadlıqdan məhrum edilib.

Hakimlər onun könüllü təslim olmasını, əməlindən peşmanlığını, zərərçəkmiş tərəfin ondan şikayətçi olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını yüngülləşdirici hal kimi qiymətləndiriblər.

Hökmdən əvvəl son sözündə də təqsirləndirilən şəxs peşman olduğunu vurğulayıb:

“Biz bir evdə böyümüşük, üç qardaş olmuşuq…”

O, cəza məsələsini məhkəmənin səlahiyyətinə buraxıb.

Bundan sonra qərar vermək üçün müşavirəyə gedən hakimlər ardınca hökmü elan ediblər.

Hadisə fevralın 22-də günorta saat 16 radələrində Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində Əvəz Hafizlinin yaşadığı evin həyətində baş verib.

Əvəz Hafizli də onu qətlə yetirməkdə ittiham olunan əmisi oğlu ilə həmyaşıd idi.

Əvəz Hafizli reportyor olmaqla yanaşı, həm də LGBTQ+ fəalı kimi tanınırdı. O, LGBTQ+ insanlarının hüquqlarıyla bağlı etiraz aksiyalarında da iştirak edirdi.

Əmrulla Güləliyev məhkəmədə ifadəsində əmisi oğlunu onun cinsi orientasiyasına görə mübahisə zəminində qətlə yetirdiyini bildirib:

“Nəslimizin adını batırırdı. Ona dəfələrlə dedim ki, bu yoldan qayıtsın. Yolunu azmışdı, əxlaqsızlıq edirdi. Həmin gün də aramızda mübahisə yarandı. Mənə dedi ki, “bu, mənim sənətimdi, get, işinlə məşğul ol”. Mən də əsəbiləşdim, Əvəzin evindəki mətbəxdən bıçağı götürüb vurdum. Özümdə deyildim, neçə bıçaq vurduğum yadımda deyil. Öldürüb çıxdım…”

Əvəz Hafizlinin hüquqi varisi qismində tanınan qardaşı Təbriz Şıxməmmədov əmisi oğlunu bağışladıqlarını, ondan şikayətçi olmadıqlarını bildirib. O, hətta əmisi oğluna 7 il cəza verilməsini təklif edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button