2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Əvəz Zeynallının saxlanıldığı bildirilir

Yayımlandı: 10 Sentyabr 2022 16:33

Baş Prokurorluq vəkilin ofisində və evində axtarış aparır

“Xural TV” internet kanalının rəhbəri Əvəz Zeynallının saxlanıldığı bildirilir. O, Cinayət Məcəlləsinin 311-ci (passiv rüşvətxorluq) maddəsilə şübhəli bilinir.

Saytların yığılması Saytlarin yigilmasi

İki gün öncə “haqqın.az” saytının baş redaktoru Eynulla Fətullayev məlumat paylaşaraq Əvəz Zeynallının həbsdə olan “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət aldığını iddia edib. O, Əvəz Zeynallıya məxsus olduğunu iddia etdiyi səs yazısı yayıb. İş adamının vəkili Elçin Sadıqov isə açıqlama verərək, müdafiə etdiyi şəxsin ailəsindən rüşvət alınmadığını deyib və Eynulla Fətullayevin fikirlərini yalanlayıb. Əvəz Zeynallı da ona böhtan atıldığını deyib. Bundan sonra Baş Prokurorluq məlumat yayaraq, Əvəz Zeynallı ilə bağlı deyilənlərin araşdırıldığını bildirib. Eynulla Fətullayev isə Elçin Sadıqovla bağlı Vəkillər Kollegiyasına şikayət etdiyini yazıb.

Sentyabrın 10-da vəkil Elçin Sadıqov “Facebook” səhifəsindən məlumat yayaraq Baş Prokurorluğun ofisində axtarış apardığını bildirib.

Meydan TV vəkillə əlaqə saxlamağa cəhd etsə də, o, telefona cavab verməyib. Əldə edilən məlumata görə artıq vəkilin evində də axtarış aparılır.

Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Cinayət işində 13 milyon 200 min manatın mənimsənilməsi, 42 milyon manatlıq məhsulun israf edilməsindən söhbət gedir.

Rasim Məmmədova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə ittiham verilib.

Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Rasim Məmmədov ittihamları qəbul etmir, özünü təqsirli bilmir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button