2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Əxlaqsızlıq yuvası” deyib, obyekt sahibindən pul aldılar – HÖKM

Millitv.az saytının baş redaktoru və üç qadın əməkdaşı hədə-qorxu ilə pul tələb eməkdə təqsirli biliniblər

Bakı Ağır Cinayətlər Məhkəməsində millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədovayanın məhkəməsi keçirilib.
24saat.org xəbər verir ki, onlar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb emə) maddəsi ilə ittiham olunurlar.

Hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı Rövşən Qasımovun 7 il, Yeganə Əhmədova, Elmira Məmmədova və Yeganə Əhmədovanın 5 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib. Prokuror təqsirləndirilən şəxslər barəsində seçilmiş “polis nəzarətinə vermə” qətimkan tədbirinin həbs-qətimkan ədbiri ilə əvəzlənməsini istəyib.

Prokurorun çıxışına münasibət bildirən Şirin Abdullayev heç bir şikayət və tələbini olmadığını deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkilləri müdafiə çıxışında təqsirləndirilən şəxslərin iihamının sübua yetrilmədiyini deyərək bəraət isəyiblər.
Məhkəmənin hökmünə əsasən, Rövşən Qasımov 6 il, digər üç qadın barəsində 5 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onlar barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və həbs edilməyiblər.

İttihama görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədova Binəqədi rayonunda yerləşən “Qədim Qəbələ” restoranında iş adamı Şirin Abdullayevin barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat alan zaman saxlanılıblar.

Rövşən Qasımov ifadəsində elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, 2016-cı ildə saytı təsis etdiyini deyib: “Bu saytı yaratmağı Natavan Mehdiyeva təklif etdi. Yeganə xanım mənə dedi ki, qadınları cinsi istismara məruz qoyan əxlaqsızlıq yuvası var. Bu yerin rəhbəri də Şirin adlı şəxsdir. Dedi ki, biz bu problemi yazıb, bu kimi yerlərin fəaliyyət göstərməsinin qarşısını alaq. Sonra biz çəkilişlə gəldik, həmin məkanda çəkiliş apardıq. Şirin Abdullayevə məxsus olan obyektə müştəri kimi yaxınlaşdım. Orada 30 manat müqabilində mənə qadınla intim münasibətdə olmağı təklif etdilər. Biz bu faktları qeyd etdik və bu sübutları polisə təqdim etdik”.

Rövşən Qasımov qeyd edib ki, çəkiliş aparan zaman Toğrul adlı şəxs onlara yaxınlaşaraq çəkiliş aparmamasını və bu barədə polisə məlumat verilməməsini istəyib: “Ancaq biz onu eşitmədik, yenə də polisə gedib məlumat verdik. Bir gün sonra Şirin adlı şəxs mənə zəng edib və bu məsələ ilə bağlı görüşüb, danışmağı təklif etdi. Şirin Abdullayev gecə zəng elədi. Mən Elmira xanımla onun görüşünə getdik. Görüşə Toğrul və Şirin gəldi. Şirin dedi ki, əməliyyat olunmuşam, vəziyyətim yaxşı deyil, çəkilişi efirə verməyin, polisə şikayət etməyin. Bizə söz verdi ki, ayın sonunda həmin obyekti bağlayacaq. Bizim söhbətimiz yekunlaşdı”.

Rövşən Qasımovun ifadəsinə görə, bir neçə gün sonra Şirin Abdullayev yenidən onunla birlikdə görüşüb və söhbət etməyi təklif edib: “Restoranda görüşdük, yemək yeməyə yeni başlamışdıq ki, polislər gəldi və bizi hədə-qorxu ilə pul tələb etməkdə ittiham edib, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button