2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Əyani təhsil qismən bərpa edilir

Əyani təhsil qismən bərpa edilir. Bu barədə bugün, mayın 7-də Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Təhsil Nazirliyi Kollegiyasının qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri, Abşeron rayonu ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində mayın 17-dən əyani tədris forması qismən bərpa ediləcək:

Saytların yığılması Saytlarin yigilmasi

“… Ümumi təhsil müəssisələrinin məktəbə hazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək”

Bildirilir ki, Gəncə, Şəki şəhərlərində layihə tutumu, şagird sıxlığı təhsil alanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbə hazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) 5 dəfə əyani təşkil olunacaq:

“Qeyd olunan şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsil alanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları, məktəbə hazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla əyani aparılacaq”.

Kollegiyanın qərarına əsasən, qeyd edilən ərazilərdəki xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək:

“Həmçinin Bakı, Sumqayıt, Şəki, Gəncə şəhərləri, Abşeron rayonunun ərazisində yerləşən məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla əyani aparılacaq”

Bundan əvvəl aprelin 5-dən qeyd edilən ərazilərdə distant təhsilə keçilmişdi. Amma hələ ötənilki tədris ilindən (mart ayından) Azərbaycanda ənənəvi dərslər koronavirusla bağlı mərhələlərlə dayandırılıb, onlayn təhsilə keçilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə ümumilikdə 325 min 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4650 nəfərin vəfat etdiyi bildirilib.

24 saat” “Əyani təhsil qismən bərpa edilir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button