2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Əziz Orucovun həbs müddəti uzadıldı

“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun istintaq müddəti uzadılıb. Avqustun 29-da Nəsimi Rayon Məhkəməsi Əziz Orucovun həbs müddətinin 3 ay uzadılması haqqında qərar çıxarıb.

Əziz Orucov mayın 2-də polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. Sonra ona Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıqla külli miqdarda gəlir əldə etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, 4 aylıq həbs qətimkan tədbiri seçilib. Əziz Orucov dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilinir. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Saytların yığılması Saytlarin yigilmasi

Direktorun həbsindən az sonra “Kanal 13” fəaliyyətini dayandırıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button