2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Əziz Orucovun vəsatətləri təmin olunmadı (Video)

Bu gün Bakı Apelliyasiya məhkəməsində “Kana13” internet televiziyasının Bakı bürosunun rəhbəri Əriz Orucovun apellasiya şikayəti uzrə ilkin baxış iclası keçirilib.

Əmir Bayramovun sədrliyi ilə keçən prosesdə jurnalistin vəkilləri Cavad Cavadov, Əlibaba Rzayev və Bəhruz Bayramov vəsatətlərlə çıxış edib. Onlar Əziz Orucovun ittiham olunduğu, Cinayət Məcəlləsinin 192.1 və 308.2 maddələrinin əsassız olduğunu bildirib işə xitam verilməsi, xitam olmayacağı təqdirdə onun barəsindəki həbs qərarının girov və ya ev dustaqlığı ilə əvəzlənməsi, apellyasiya baxışının istintaqla aparılması barədə vəsatətlər veriblər.

Müdafiə tərəfinin daha bir vəsatəti isə jurnalistin apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, əlavə sübutların araşdırılması və s.) baxılması haqda olub. C.Cavadov deyir ki, Ə.Orucova «Qafqaz Media Tədqiqatlar Mərkəzi» İctimai Birliyinin fəaliyyətinə görə ittiham verilib. Amma onun bu təşkilata aidiyyəti yoxdur. Bu quruma bir neçə ildir Almaniyada yaşayan qardaşı A.Orucov rəhbərlik edib: “Qismən də olsa, məhkəmə istintaqı keçirilsin, rəy vermiş mütəxəssislər çağrılıb dindirilsinlər. Gəlsinlər, verdikləri rəyi əsaslandırsınlar. Biz də bilək ki, Əziz Orucov ona aid olmayan təşkilatı fəaliyyətinə görə niyə məsuliyyət daşımalıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Müşavirədən qayıdan hakimlər vəsatətlərin təmin olunmaması, məhkəmə baxışının 20 fevrala təyin olunması qərarını elan ediblər.

Həbsdə olan jurnalistin həyat yoldaşı Lamiyə Orucova AzadlıqRadiosuna bildirib ki, apellyasiya məhkəməsindən heç bir gözləntisi yoxdur: «Əziz Orucovu, hətta şüşə kabinədən belə çıxarmaq istəmirlərsə, belə məhkəmədən ədalətli qərarı necə gözləyim?».

Azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button