2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Dəniz pişikləri” yoxsa “Dəniz piyadaları”?

“Dəniz pişiyi” ifadəsini ilk dəfə bir neçə il əvvəl televiziyada bir siyasi şərhçidən eşitdim. Xeyli güldüm, fikirləşdim ki, bu, belə danışsa da AzTV də kifayyət gədər savadlı adamlar var, onu başa salarlar. Sən demə, belə deyilmiş.

Müxtəlif vaxtlarda KİV-lərdə dəniz qüvvələrinin xüsüsi təyınatlılari haqda çox danişılır və hər dəfə onları “Dəniz pişiyi” adlandırırlar.

Bu yaxınlarda İctimayi TV-də bu qoşun növü haqda bir verliş getdi və onları yenə də “Dəniz pişiyi” adlandırdılar…

Saytların yığılması Saytlarin yigilmasi

Heç kim əziyyət çəkib maraqlanmır ki, bu nə deməkdir, sözün mənbəyi haradan gəlir?

Çöx təəssüf ki, bizim Müdafiə Nazirliyindədə oturanlar da bu,  anlaşılmazlığı aradan qaldırmir.

Məsələ isə belədir. “Dəniş pişiyi” ifadəsi dilimizə rus dilindən daxil olub – “Ìîðñêèå êîòèêè” terminin hərfi tərcüməsidir.   Amma, Rus dilində “Mîðñêîé êîòèê”  dəniz pişiyi demək deyil. “Ìîðñêîé êîòèê” – su itinin bir növüdür və pişiyə heç bir aidiyəti yoxdur.

Deyə bilərlər ki, əsgəri “İt” adlandırmag olmaz. Onda belə çıxır ki, “Pişik” demək olar?

Məsələ burasındadır ki, “Ìîðñêîé êîòèê” də rus dilinə ingilis dilindən gələn ifadədir.

“Seal” – ingiliscə “su iti” deməkdir.

Amerika dəniz xüsüsi təyinatlı qüvvələri isə SEAL adlanir, amma bu “su iti” demək deyil.

“SEAL” – bu qüvvələrin gisaldılmış adıdır – Sea-Air-Land (Dəniz-Hava-Torpag).

Bu güvvələr əslində “Navy İnfantry” adlandırılır, yəni “Dəniz piyadaları”. Və bu da, bu qoşun növünün əsl adıdır.

Dəniz güvvələri olan ölkələrin əksəriyyətində bu qoşun növü var və hamısı “Dəniz piyadaları”, ya da “Dəniz kommandosu” adlandırılır.

Azərbaycancanda bu qoşun növü “Dəniz xüsüsi təyinatlıları” ya da “Dəniz piyadaları” adlandirılmalıdır, daha “Dəniz pişiyi” yox.

Azərbaycan Müdafiə Nazirliyinin saytında da bu qöşun növü “Dəniz piyadaları” adlanir.

2019-cu ildə Azərbaycan Respublikasının  Nazirlər  Kabineti Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxs yaradıb, 2017-ci ildə isə Dövlət Dil Komissiyası. Azərbaycan dilinin saflığının qorunması və rəsmi qurumlarda ədəbi dildən düzgün istifadə edilməsinə nəzarət etmək bu qurumların vəzifə borcudur.

Turan
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button